Məqalə: Əhrar Əş-Şamda çevriliş!
“Əhrar Əş-Şam” terrorçularına bağlı bəzi qruplar bu qrupun hazırkı komandirini vəzifəsindən uzaqlaşdırdıqlarını və komandanlıq şurasını ləğv etdiklərini açıqlayıblar. Görünür, “Əhrar Əş-Şam”dakı bu hadisələr “Həsən Sufan” qruplaşmasının “Təhrir Əş-Şam”a yaxınlaşması və bu qrupun müstəqilliyinə məhəl qoymaması, Əhrar Əş-Şam daxilindəki iki qruplaşmanın münaqişəsi ilə eyni vaxtda baş verib. Bu məsələ Əhrar Əş-Şam terror qruplaşmasının yaranmasının ilk illərindən bəri onun nəzdində olan digər iki qruplaşma arasındakı ixtilaf müxtəlif surətlərdə özünü nümayiş etdirib.
“Əhrar Əş-Şam”ın beş silahlı briqadası və batalyonu çərşənbə axşamı, noyabrın 8-də bu qruplaşmanın komandiri “Aamir Əş-Şeyx”i vəzifəsindən uzaqlaşdıraraq, onun yerinə “Əbu Süleyman” ləqəbli “Yusif Əl-Həməvi”ni təyin edib.
Bu beş briqada və batalyon bəyanat yayaraq, Əhrar Əş-Şamın hazırkı komandanlığının bu qruplaşmanın nümayəndəsi olmadığını və onu legitim hesab etmədiklərini açıqlayıb. Ona görə də o, komandanlıqdan uzaqlaşdırılıb və indiki komandanlıq şurası icad olunub.
“Əhrar Əş-Şam”ın beş briqada və batalyonunun Əhrar Əş-Şamın hazırkı komandanlığının uzaqlaşdırılması ilə bağlı bəyanatı belədir:
Bu bəyanatı imzalayan briqadalar və batalyonlar bunlardır: “Livaul-İman” (Həma əyalətindən), “Livaul-Xəttab” (Səhl Əl-Ğab məntəqəsindən), “Livaul-Aadiyat” (Səhl Əl-Ğab məntəqəsindən), “Livauş-Şam (Dəməşqdən), “Kətibətul-Həmzə” (İdlibdən).
Bu briqada və batalyonlar Əhrar Əş-Şamı düz və əsl yola qaytarmaq üçün Əhrar Əş-Şam-a bağlı olan digər batalyon və qrupları da onlara qoşulmağa dəvət ediblər.
Bu hadisə ilə eyni vaxtda Əhrar Əş-Şam briqada və batalyonlarının başqa bir hissəsi, o cümlədən “Livau Ömər Əl-Faruq” (İdlibdən), “Kətibətu Ənsarul-Həqq” (Muərrətun-Numandan), “Kətaibu Əhməd Əssaf” (Bənəşdən) və “Livau Fəcr Əl-İslam” (Kafrumədən), həmçinin, bəyanatda Əhrar Əş-Şam komandirlərinin birtərəfli siyasətləri və bu qrupun digər üzvləri ilə məsləhətləşmələrin olmaması səbəbindən Əhrar Əş-Şamdakı fəaliyyətlərini dayandırdıqlarını açıqladılar.
Əhrar Əş-Şamdan ayrılan digər qruplaşmalar
Bu bəyanatların verilməsindən bir neçə gün əvvəl Əhrar Əş-Şamın daxili ixtilafları əvvəlkindən daha çox görünürdü. Ən görkəmli nəticələrdən biri Əhrar Əş-Şamın hazırkı liderlərinin keçmiş altı liderindən bəraət etməsi idi ki, onlardan üçü əvvəlki illərdə Əhrar Əş-Şamın komandanlığında idi, digər üçü isə Əhrar Əş-Şamın qurucularından sayılırdı.
Bu şəxslər bunlardır: “Cabir Əli Başa” (Əhrar Əş-Şamın keçmiş komandiri), “Əli Əl-Ömər” (o da bir dönəmdə Əhrar Əş-Şamın komandiri olub), “Mihnəd Əl-Misri” “Əbu Yəhya Əl-Həməvi” ləqəbli, Əhrar Əş-Şamın komandiri və qurucusu “Həssan Abbud”un öldürülməsindən sonra Əhrar Əş-Şamın komandanlığını üzərinə götürən ikinci şəxs idi.
Bu bəyanatı Əhrar Əş-Şamın birinci nəslindən olan digər şəxslər və qruplaşmada mühüm vəzifələrə malik olan “Məhəmməd Rəbi əl-Səfadi” “Əbu Musa Əl-Kənakri” ləqəbli, “Əbu Heydərə Əl-Rəqqa”, “Xalid Əbu Ənəs” “Əbu Ənəs Saraqeb” ləqəbli kimi Əhrar Əş-Şamın qurucusu “Həssan Abbud”la işləmiş şəxslər də yer alıb.
Keçmiş liderlərə bəraət verilməsi barədə bəyanatı hazırkı komandir “Əmir Əş-Şeyx” və onun müavini “Əhməd Əd-Dalati” tərəfindən və mediaya görə, “Əbu Məhəmməd Əl-Colani” ilə yaxın əlaqələri olan Əhrar Əş-Şamın köhnə liderlərindən olan “Həsən Sufanın” təhriki ilə yayımlanıb. Bu, “Əmir Əş-Şeyx”in rəhbərlik etdiyi Əhrar Əş-Şam ilə Heyət Təhrir Əş-Şam arasında son münasibətlərə və bu iki qrupun Hələbin şimalında “Əl-Ceyş Əl-Vətani”yə bağlı “Əl-Feyləq Əs-salis”ə hücumunda iştirakına baxmayaraq həddən artıq yaxınlaşmalarına sübutdur.
Bu şəxslər Əhrar Əş-Şamın keçmiş komandiri Cabir Əli Başa qarşı çevrilişlə Əhrar Əş-Şamın rəhbərliyini ələ keçirmişdilər. Məsələ ondan ibarət idi ki, “Əhrar Əş-Şam” 2020-ci ilin ortalarında “Cabir Əli Başa”nın rəhbərliyi dövründə indiki “Əl-Cəbhət Əl-Şamiyyə” (Əl-Feyləq Əs-Salis) ilə ittifaq ərəfəsində idi. Bu hadisə “Təhrir Əş-Şam”ın narahatlığına səbəb oldu. Nəticədə Əl-Colani Təhrir Əş-Şam üçün rəqib ola biləcək belə bir ittifaq yaratmağı qəbul edə bilmədi. Bu, həmin ildə Əhrar Əş-Şamda Colaniyə yaxın Həsən Sufanın çevrilişinə səbəb oldu və Təhrir Əş-Şama yaxın fraksiya Əhrar Əş-Şamdakı işlərə nəzarəti ələ keçirdi.
Amma Əhrar Əş-Şamdakı fikir ayrılıqları son hərəkatlarla məhdudlaşmır və bu ixtilaflar illər əvvələ, xüsusən də Əhrar Əş-Şamın qurucu liderlərinin 9 sentyabr 2014-cü ildə yeraltı sığınacaqda şübhəli partlayışda öldürülməsindən sonraya gedib çıxır.
2016-cı ilin noyabrında Əhrar Əş-Şamın ən görkəmli liderlərindən bəziləri, yəni Haşim Əş-Şeyx, Əbu Saleh Təhhan və Əbu Məhəmməd Əs-Sadiq və bir neçə digər Əhrar Əş-Şam komandirləri, qrup şurasının yeni lider seçimində uğursuzluğa düçar olduğuna görə şura üzvlüyündən çıxdılar. Əslində bu, ifratçılar ilə Əhrar Əş-Şamda daha mötədilçilər arasında münaqişə idi!
Bir müddət sonra Əhrar Əş-Şam qrupu, bu qrupun əvvəlki lideri “Hişam Əş-Şeyx” ləqəbli “Əbu Cabir”in komandanlığı altında “Ceyş Əl-Əhrar” adı altında ayrılmış 16 dəstədən ibarət qrupun komandirlərini toplamaq üçün “Əli Əl-Ömər”i öz rəhbərliyinə seçdi. İfratçıların başçısı olan “Hişam Əş-Şeyx”, Əhrar Əş-Şamın siyasi ofisinin Ali Danışıqlar Komitəsinə başçılıq edən “Ləbib Nuhas”ın özünü bir orta yönlü kimi göstərməklə bağlı müzakirələrdə atdığı addımları qəbul edə bilmirdi. “Hişam Əş-Şeyx” və “Əbu Saleh Təhhan” (Əhrarın keçmiş hərbi komandiri) 2017-ci ilin yanvarında Əhrardan ayrılaraq öz qüvvələri ilə keçmiş “Cəbhət Fateh Əş-Şam”a (Cəbhət Ən-Nusra) birləşdilər.
Bir neçə ay sonra Heyət Təhrir Əş-Şam terrorçuları Əhrar Əş-Şam terrorçuları ilə qarşıdurma yaşadı və İdlib ətrafı, Həma ətrafı və Hələb ətrafındakı Əhrar Əş-Şamın bir çox mövqelərini ələ keçirdi və 2017-ci ilin iyulunda Bab Əl-Huvi keçidi Əhrarın türk ordusuna icazə verməsini bəhanə edərək Əhrar Əş-Şamdan sərhəd keçidini ələ keçirdi. Təhrir Əş-Şam Əhrarın demək olar ki, bütün mərkəzlərini, xüsusən də bu təşkilatın əsas sahələrini “Səhl əl-Ğab”da ələ keçirdi və beləliklə Əhrardan heç nə qalmadı.
2018-ci ilin avqustundan 2020-ci ilin oktyabrına qədər “Əli Başa” komandanlığı dövründə Əhrar Əş-Şam ən azı zahiri olaraq sülh dövrü keçirdi, çünki İdlib terrorçuları Suriya ordusu və Rusiya qüvvələri ilə münaqişədə iştirak edirdilər. 2020-ci ilin oktyabrında Təhrir Əş-Şamın dəstəyi ilə Əhrar Əş-Şamın bir hissəsi bu qrupun komandanlığına qarşı üsyan etdi və bu, sonda Cabir Əli Başanın vəzifədən uzaqlaşdırılması və Aamir Əş-Şeyxin təyin edilməsi ilə nəticələndi. Cabir Əli Başa qruplaşması hesab edir ki, bu dəyişiklik Həsən Sufan və Təhrir Əş-Şamın təzyiqi ilə formalaşıb.
Bu arada demək olar ki, hazırda baş verənlər Təhrir Əş-Şamın müxalif qruplaşmasının Əhrar Əş-Şamdakı Təhrir Əş-Şamın yaxın və ya tabeliyində olan qruplaşmasına qarşı çevrilişdir.
Əslində Əhrarın mərkəzi komandanlığına etiraz edən briqadalardan yalnız biri olan “Livaul-İman” Əhrar Əş-Şamın xüsusi təyinatlı qüvvələrinin üçdə birini də əhatə edən Əhrar əş-Şam ünsürlərinin dörddə birini təşkil edir.
Bu arada, görünən odur ki, son iki ildə bu iki qrupun Feyləqus-Salisə birgə hücumunda özünü daha çox göstərən Əhrar Əş-Şamın Təhrir Əş-Şamla müqayisədə həddindən artıq millətçiliyi bu ordunun keçmiş komandirlərini qəzəbləndirib. Bu qrup bir çox briqada və batalyonların orqanı tərəfindən qəbul edilməmiş və mövcud mübahisələrə səbəb olmuşdur.
Əhrar Əş-Şamdan olan bəzi qrupların artıq Feyləqus-Salisə qoşulması və hazırkı Əhrar Əş-Şamın Təhrir Əş-Şamla birlikdə Feyləqus-Salisə hücum etməsi əhəmiyyətli ola bilər və müxalifətin müqavimətini artıra bilər. Lakin sual budur ki, Təhrir Əş-Şamın İdlib və silahlı qüvvələrin nəzarəti altında olan ərazilər üzərində nəzarətini genişləndirmək səylərinə baxmayaraq, Əhrar Əş-Şamın böyük bir qrupunun cəlb edilməsi nə ilə nəticələnəcək, bu qruplar üçün Təhrir Əş-Şamın hakimiyyəti ilə müqayisədə varmı? Son hərəkatlar İdlib və ətraf bölgələrdə terrorçuların, xüsusən də Təhrir Əş-Şamın üzləşdiyi çətinlikləri artırmayacaqmı?
Rəy