Fələstində baş verən son hadisələr, 11 Noyabr 2022

Cümə 11 Noyabr 2022 - 22:30
https://az.iswnews.com/?p=15311

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail mediaları Amerikanın “Lockheed Martin” şirkətinin İsrail ordusuna daha üç F-35 qırıcısı təhvil verməsi barədə məlumat yayımlayıblar.

– Noyabrın 7-də ibranidilli mənbələr Misirin Şərm Əş-Şeyx məntəqəsində keçirilən Hava Və Su Sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayidin sionist rejimin prezidenti İshaq Hersoqla görüşünü açıqlayıblar.
– Noyabrın 7-də ABŞ prezidenti Co Bayden Likud Partiyasının lideri Benyamin Netanyahu ilə telefonda bəzi məsələləri müzakirə edib və onu İsrail Knesset seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
– Noyabrın 8-də Nablus şəhərində Ərinul-Usud müqavimət dəstəsi ilə İsrail qüvvələri arasında baş vermiş silahlı qarşıdurma nəticəsində bir fələstinli şəhid olub, üç nəfər yaralanıb.

Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 9 Noyabr 2022

– Noyabrın 9-da sionist mühacirlər Ramallahın şimalında yerləşən Tarmsaiya qəsəbəsinə hücum edərək ən azı 120 zeytun ağacını kəsiblər.
– Noyabrın 9-da İsrail rejimi ordusu Nablus şəhərinin şərqində yerləşən Həzrət Yusifin (ə) məqbərəsi yaxınlığında hərbi dronun qəzaya uğradığını bildirdi.
– Noyabrın 9-da İsrail polis qüvvələrinin dəstəyi ilə onlarla yəhudi mühacirlər Əl-Əqsa məscidinə basqın ediblər.

– Noyabrın 10-da İsrail mediası işğal olunmuş Fələstin hava məkanında ABŞ ordusunun Qərbi Asiyadakı Terror Komandanlığına (CENTCOM) məxsus iki B-52 bombardmançı təyyarəsinin İsrail F-35 qırıcıları tərəfindən müşayiət olunması barədə məlumat yayıb.
– İsrail mediası Amerikanın “Lockheed Martin” şirkəti İsrail ordusuna daha üç F-35 qırıcısı təhvil verib. Bu qırıcılar noyabrın 9-da Amerikadan havaya qalxıb və bir gün sonra sionist rejimin işğal olunmuş Fələstinin Ən-Nəqb bölgəsindəki aviabazasına eniblər.
– Sionist ordusunun elanına əsasən, ordunun mərkəzi komandanlığı bir sionistin ölümünə səbəb olan iki anti-İsrail əməliyyatçısı Əbdür Rəhman və Əhməd Abidin evlərinin müsadirə edilməsi və dağıdılması barədə verilən göstərişə imza atıb.
– ABŞ Dövlət Departamenti: İordan çayının qərb sahilində təhlükəsizlik vəziyyətinin pisləşməsindən dərin narahatıq və tərəflərdən sakit olmağı xahiş edirik.
– Fransa prezidenti Emmanuel Makron İsrail rejiminin Likud partiyasının rəhbəri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Makron bu zəngdə Netanyahunu İsrail Knesset seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib və onu ikitərəfli və regional məsələləri, xüsusilə də İranı müzakirə etmək üçün Parisə səfərə dəvət edib.

Daha çox oxuyun: Netanyahunun Fransa prezidenti tərəfindən Parisə dəvəti

– Kan İvrit dilli xəbər kanalının elanına görə, Qətər ölkəsi İsrailin sim kartlarını dəstəkləmək üçün sionist telekommunikasiya şirkətləri ilə əməkdaşlıqdan imtina edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir