İraq və Suriya sərhədində naməlum hava təchizatları yanacaq karvanına hücum edib + FOTO və VİDEO

Çərşənbə 9 Noyabr 2022 - 15:28
https://az.iswnews.com/?p=15207

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqdan Livana gedən yanacaq daşıyan karvan Əl-Qaim sərhəd-keçid məntəqəsini keçərək Suriyaya daxil olduqdan sonra naməlum hava təchizatları tərəfindən hücumuna məruz qalıb.

Bu gün səhər saatlarında naməlum hava təchizatları İraqın Əl-Qaim keçidi yaxınlığında yanacaq daşıyan karvana hücum və bu karvanın əhəmiyyətli hissəsini məhv edib. Yerli məlumata görə, bu hücumda bir neçə sərhədçi həyatını itirib. Hələlik tələfat və dağıntıların miqdarı barədə ətraflı məlumat dərc edilməyib.

Bu yanacaq karvanının İran İslam Respublikasına aid olduğu bildirilir. Hələlik rəsmi mənbələr və İran rəsmiləri bununla bağlı şərh verməyiblər.

Qərbi Asiyada Amerika Terror Komandanlığı Mərkəzi (CENTCOM) hücum xəbərini təsdiqləyərkən, hücumun ABŞ tərəfindən həyata keçirilmədiyini və mərkəzin hava hücumunun mənşəyini araşdırdığını bildirib. ABŞ-ın hücumu inkar etməsini nəzərə alsaq, fikirlər İsrail rejiminə yönəlib. Beləliklə hücumun İsrail tərəfindən həyata keçirildiyi qənaətinə gəlmək olar.

İsrail rejimi keçmişdə ABŞ-ın yardım və əməkdaşlığı və İraq havasından istifadə edərək müqavimət qüvvələrinin və Suriya ordusunun mövqelərinə dəfələrlə hücumlar həyata keçirib. Həmçinin ABŞ-ın nəzarətində olan səmada aktiv hava təchizatlarından xəbəri olmadığını və ya bu hücumun əsas səbəbini araşdırdığını bildirməsi əslində yalan və media oyunudur.

Hadisə yerindən video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir