Məribin üçüncü hərbi məntəqəsində çoxsaylı partlayışlar baş verib + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Mərib vilayətində yerləşən üçüncü hərbi məntəqədə silah anbarlarında baş verən bir neçə partlayış nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.
Yerli media 7 noyabr tarixində baş verən Mərib partlayışlarının müxtəlif səbəblərini və ehtimallarını açıqlayıb, bunlardan bəziləri aşağıdakılardır:
1- Ənsarullah Mərib şəhərinin üçüncü hərbi məntəqəsindəki silah anbarlarına altı raketlə hücum edib.
2- İslah Partiyasının bəzi üzvləri BƏƏ dronlarının üçüncü məntəqənin silah anbarlarına hücum etdiyini iddia edib.
3- Partlayışlara, yaxın günlərdə hərbi manevr üçün hazırlanan silah anbarlarında baş verən yanğın səbəb olub.
Yerli mənbələrin məlumatına görə, bu partlayışlar zamanı 4 dinc sakin həlak olub, səkkizdən çox insan yaralanıb. Müxtəlif iddialar irəli sürülsə də, heç bir şəxs və ya qrup bu partlayışlarla bağlı açıqlama verməyib, qeyd olunan hallar sübuta yetirilməyib və sadəcə fərziyyədir.
Bu partlayışların təfərrüatlarının qeyri-müəyyənliyinə baxmayaraq, BMT İnsan Hüquqları Şurası dəlil və təfərrüat təqdim etmədən bunu terror hücumu kimi qınayıb və Ənsarullahdan mülki insanları hədəf almaqdan çəkinməsini tələb edib! Bu iddia, “İslah” partiyası BƏƏ dronlarının hücuma səbəb, Mərib qəbilələri isə Səudiyyə koalisiyası və “İslah” partiyasını Məribdə təhlükəsizliyin təmin olunmaması, terrorun baş verməsi və şübhəli partlayışların səbəbi hesab etdiyi bir vaxtda edilir. Həmçinin Ənsarullah rəsmiləri və mediası hələlik Məribə hücum barədə məlumat verməyib.
Rəy