Suriya və Rusiya ordusu İdlibdəki terrorçuların mövqelərinə ağır hücumlar edib + FOTO və VİDEO

Bazar 6 Noyabr 2022 - 22:28
https://az.iswnews.com/?p=15093

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusunun artilleriya və Rusiya ordusunun qırıcıları vasitəsi ilə terrorçuların mövqelərinə olan hücumlar nəticəsində İdlibdə bir neçə terrorçu və bir neçə mülki şəxs həlak olub və yaralanıb.

Bu gün 6 noyabr tarixində Rusiya ordusunun qırıcıları ən azı 4 hücumla İdlibin qərbində Heyət Təhrir Əş-Şama məxsus qərargah, sursat anbarları və təlim düşərgələrinə hücum ediblər.

Bu hücumlarla eyni vaxtda Suriya ordusu İdlibin qərbindəki bölgələri raket və artilleriya atəşinə tutdu. Bu hücumlar zamanı Məram, Vətən, Vadi Hacı Xalid, Kəfər Ruhin, Murin və Bəibə düşərgələri raket və artilleriya hücumlarına məruz qalıb, nəticədə bəzi mülki şəxslər də daxil olmaqla ən azı 9 nəfər həlak olub, 77-dən çox insan yaralanıb.

Bu hücumlara cavab olaraq Suriya hökumətinin nəzarəti altında olan ərazilər və Suriya ordusunun İdlib vilayətinin Səraqib cəbhəsidə daxil olmaqla bir neçə bölgədəki mövqeləri artilleriya və raketlərlə hücuma məruz qalıb, bu zaman bir uşaq yaralanıb.

Bu hücumlar, Suriyadakı Rusiya Barışıq Mərkəzinin sədr müavini admiral Oleq Juravlovun Heyət Təhrir Əş-Şamın Suriyanın Latakiya vilayətində yerləşən “Hamimim” aviabazasına kamikadze dronlarla hücum etməyə hazır olduğunu bəyan etdikdən sonra baş verdi.

İdlibdəki terrorçuların mövqeləri demək olar ki, hər gün Suriya ordusunun artilleriya və raket hücumlarının hədəfləridir. Terrorçuların əvvəlki hərəkətlərini nəzərə alsaq, beynəlxalq forumlarda onları məzlum göstərmək üçün hadisələri şişirtmək və itkilərin yalan statistikasını açıqlamaq uzaq görsənmir, lakin Suriya ordusunun mülki ərazilərə hücumları və mülki şəxslərin ölməsi, xüsusən də suriyalı qaçqınların, heç bir məqbul əsası yoxdur.

Rusiya qırıcılarının İdlibdəki terrorçuların mövqelərinə hücumunun videosu (1)
Rusiya qırıcılarının İdlibdəki terrorçuların mövqelərinə hücumunun videosu (2)
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir