Fələstində baş verən son hadisələr, 5 Noyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan ordusunun açıqlamasına əsasən, sionist rejimə məxsus 4 İsrail qırıcısı və bir neçə casus dronu Livanın hava məkanını pozaraq, bu ölkənin müxtəlif bölgələrində patrul xidməti keçirdikdən sonra işğal etdikləri Fələstin ərazilərinə qayıdıblar.
– Noyabrın 2-də İsrail mediası İsrail təhlükəsizlik qüvvələrinin sionist rejimin Knesset seçkiləri ilə əlaqədar bütün işğal olunmuş ərazilərdə hazırlıq vəziyyətinə gətirildikləri barədə xəbər verib.
– İsrail rejiminin Ali Məhkəməsi xərçəng xəstəliyindən əziyyət çəkən və vəziyyəti çox ağır olan məhbus Nasir Əbu Həmidin azadlığa buraxılmasına üçüncü dəfə olaraq qarşı çıxıb.
– Oktyabrın 31-də Fələstin Milli İdarəsinin başçısı Mahmud Abbas Ərəb Rəhbərləri Sammitində iştirak etmək üçün Əlcəzairə səfər edib.
– Netanyahu və onun ifratçı sağçı müttəfiqləri 64 mandat, bu rejimin hazırkı baş naziri Yair Lapidin rəhbərlik etdiyi koalisiyası isə İsrail parlamentindəki 120 yerdən 51 mandat qazanıb.
Daha çox oxuyun: İsrail rejiminin seçki nəticələri açıqlandı
– Noyabrın 4-də 6 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.
– Azərbaycan parlamentində İsrail-Azərbaycan Dostluq Qrupunun üzvü, qanunverici və deputat Arzu Nağıyev İsrail rejimi ilə otuz illik münasibətdən sonra bu ölkənin işğal olunmuş Fələstində səfirlik açmaq qərarını açıqlayıb.
Daha çox oxuyun: Azərbaycan işğal olunmuş Fələstində səfirlik açır! + FOTO
– Noyabrın 2-də Ramallahın cənub-qərbində yerləşən Beyt Aur qəsəbəsi yaxınlığındakı Makkabim yoxlanış məntəqəsində bir Fələstin vətəndaşı avtomobillə bir qrup İsrail əsgərini vurub və bu əməliyyat zamanı bir sionist əsgər ağır yaralanıb. Hadisə yerində olan İsrail əsgərləri əməliyyatçıya atəş açaraq onu şəhid ediblər.
– Noyabrın 3-də İslami Cihad hərəkatının Cənindəki hərbi qolu olan Sərayəl-Qüdsün komandirlərindən Faruq Cəmil Həsən Səlamə sionist rejimin xüsusi təyinatlıları tərəfindən yaralanıb və xəstəxanaya aparıldıqdan sonra şəhid olub.
Daha çox oxuyun: Sərayəl-Qüds komandirlərindən biri Cənində şəhid oldu + FOTO və VİDEO
– İsrail mediasının məlumatına görə, sionist rejimin daxili təhlükəsizlik müşaviri Eyal Holta sionist rejimin baş naziri Yair Lapidə məlumat verib ki, o, hazırkı hökumətin sona çatmasından sonra vəzifəsindən istefa verəcək.
– Livan ordusunun açıqlamasına əsasən, sionist rejimə məxsus 4 İsrail qırıcısı və bir neçə casus dronu Livanın hava məkanını pozaraq, bu ölkənin müxtəlif bölgələrində patrul xidməti keçirdikdən sonra işğal etdikləri Fələstin ərazilərinə qayıdıblar.
– Noyabrın 4-də ABŞ dövlət katibi Antoni Blinken Fələstin Milli İdarəsinin başçısı Mahmud Abbasla telefon danışığı aparıb.
– İordan çayının qərb sahilində gərginliyin artması və İsrail rejiminin silahlı qarşıdurmaların güclənməsi qorxusundan sonra Livan sərhədində yerləşən sionist əsgərlərdən ibarət altı batalyon İordan çayının qərb sahilinə köçürüldü.
Rəy