Yəməndə baş verən son hadisələr, 20 Fevral 2022

Bazar 20 Fevral 2022 - 23:48
https://az.iswnews.com/?p=1505

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında Həccənin şimal cəbhələrində və Məribin cənubunda qarşıdurmalar davam edir.

1- Mərib:

  • Əl-Bələq yüksəkliklərinin şərqində və Mərib şəhərinin cənub girişində Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında qarşıdurmalar.
  • Mərib şəhərində Aali Cəlal qəbiləsinin Mənsur Hadi qüvvələri ilə qarşıdurması.

2- Həccə:
Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında Midi, Əbəs və Hərəz şəhərlərində qarşıdurmalar davam edir.

3-Səədə:

  • Ənsarullah Ələb keçidinin cənubunda Səudiyyə koalisiya qüvvələrinin hücumunu dəf edib.
  • Səudiyyə koalisiyası artilleriyasının Şada və Baqam şəhərlərinə hücumları nəticəsində 9-u qadın olmaqla 11 mülki şəxs yaralanıb.

4- Səudiyyə koalisiyasının hava hücumları:
Səudiyyə koalisiyasının qırıcıları son 48 saat ərzində Ənsarullaha aid mövqeləri 42 dəfə bombalayıblar.
Hücumların təfərruatları: Həccə əyalətində 32 dəfə Hərəz şəhəri, Mərib əyalətində 5 dəfə Əl-Cəvbə şəhəri və 3 dəfə Əl-Vadi şəhəri və Əl-Bayda əyalətində 2 dəfə Əl-Səvadiyyə şəhəri.

5- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində əyalətdə 332 atəşkəsi pozublar.

Şəkil Hərəz şəhərində son bir neçə gündə baş verən qarşıdurmalarda çəkilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir