İsrail rejiminin seçki nəticələri açıqlandı
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bu rejimin yeni seçkilərində İsrail rejiminin keçmiş baş naziri və onunla birləşən sağçı koalisiya qalib gəlib.
Sionist rejimin seçki nəticələrinin açıqlanmasından sonra məlum olub ki, Netanyahu və onun ifratçı sağçı müttəfiqləri 64, bu rejimin hazırkı baş naziri Yair Lapidin rəhbərlik etdiyi müxalifət koalisiyası isə İsrail parlamentində 120 yerdən 51 mandat qazanıb. Netanyahunun başçılıq etdiyi Likud partiyası 32 yerlə Knessetdə ən böyük partiya olacaq.
Sionist rejimin Seçki Komitəsinin açıqlamasına əsasən, Knessetin bu seçki dövründə iştirak nisbəti 71,3 faiz təşkil edib ki, bu da 2015-ci ildən bəri ən yüksək iştirak göstəricisidir.
Netanyahunun seçkilərdəki qələbəsini nəzərə alaraq və bir neçə korrupsiya işində mühakimə olunmasına baxmayaraq, o, sionist rejim rəhbərinin tələbi ilə yeni kabinet formalaşdırmalıdır. Görünən odur ki, bu proses gələn həftə başlayacaq və Netanyahuya kabineti formalaşdırmaq üçün 28 gün vaxt veriləcək.
Qeyd edək ki, noyabrın 1-də İsrail Knessetinə 25-ci seçki dövrü başlamışdır. Bu, sionist rejimin dörd ildən az müddətdə beşinci seçkisi idi.
Rəy