İmran Xan sui-qəsddən sağ çıxdı + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İmran Xan Pəncabda yerləşən Vəzirabad şəhərində Pakistanın keçmiş baş naziri İmran Xana naməlum silahlı şəxs tərəfindən uğursuz sui-qəsd cəhdindən sonra sağ ayağından yaralanıb.
– Pakistan mediası bu ölkənin keçmiş baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi barədə məlumat verib və bildirib ki, Pəncabda onun karvanı yaxınlığında baş verən atışmadan sonra İmran Xan ayağından yaralanıb.
– Pakistan mediası İmran Xanın ayağından yaralandıqdan sonra Lahorda xəstəxanaya aparıldığını və vəziyyətinin stabil olduğunu bildirib.
– İki hücumçunun hadisə yerində olduğunu, onlardan birinin atışma zamanı öldürüldüyünü, digərinin isə həbs olunduğunu bildirib.
– Pakistanın baş naziri Şərif İmran Xanın həyatına sui-qəsdi pisləyib və daxili işlər nazirindən hadisə ilə bağlı dərhal hesabat hazırlamağı xahiş edib.
– Pakistanın keçmiş baş naziri İmran Xan, ona qarşı sui-qəsd cəhdindən sağ çıxdıqdan və tərəfdarları ilə mitinq zamanı ayağından yaralandıqdan sonra yenidən meydanlara qayıdaraq tərəfdarlarına salamlar göndərir.
Rəy