Dəraada Suriya ordusu ilə İŞİD ünsürləri arasında qarşıdurma baş verib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD qruplaşmasının Dəraa vilayətində terror fəaliyyətləri artdıqdan sonra Suriya ordusunun qüvvələri və yerli silahlı qruplaşmalar bu terror qruplaşmasının ünsürlərinə qarşı təhlükəsizlik əməliyyatına başlayıb.
Oktyabrın 31-də Suriya ordusu qüvvələri və yerli silahlı qruplar Dəraa şəhərinin Dəraa əl-Bələd və Əs-Sədd məhəllələrində İŞİD ünsürlərinə qarşı əməliyyata başlayıb. Əməliyyat bu günə qədər davam edir.
Bu əməliyyat nəticəsində İŞİD-in iki cəbhə komandiri öldürülüb və onların xeyli miqdarda sursatları ələ keçirilib. Həmçinin bu toqquşmalar zamanı yerli silahlı birləşmələrin üzvü və suriyalı uşaq da şəhid olub. Dəraa şəhərinin Əs-Sədd məhəlləsində əməliyyat başlayandan bəri Əs-Sədd məhəlləsində yaşayan bir neçə mülki şəxs evlərini tərk edərək Dəraa şəhərinin digər təhlükəsiz məhəllələrinə köçüb.
Qeyd edək ki, İŞİD ünsürləri son həftələrdə Dəraa şəhərini minaatanlardan atəşə tutaraq Suriya xalqı və təhlükəsizlik qüvvələrinə qarşı bir sıra terror aktları həyata keçirib. Bu hücumlar Suriya ordusu və yerli silahlı qrupların İŞİD terror qruplaşması qüvvələrinin həbsini və Dəraa şəhərinin təmizlənməsini gündəmə gətirməsinə səbəb olub.
Rəy