Fələstində baş verən son hadisələr, 31 Oktyabr 2022

Bazar ertəsi 31 Oktyabr 2022 - 23:46
https://az.iswnews.com/?p=14819

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yerixo yaxınlığındakı “Almoq” kəsişməsi yaxınlığında bir fələstinli gənc avtomobillə bir qrup İsrail əsgərlərini vurub və bu hadisə nəticəsində 5 sionist əsgər yaralanıb.

– Oktyabrın 29-da “Məhəmməd Kamel Əl-Cəəbəri” adlı fələstinli silahlı şəxs İordan çayının qərb sahilinin cənubunda yerləşən Əl-Xəlil şəhərinin Kiryat Ərbə qəsəbəsi yaxınlığında İsrail əsgərlərinə atəş açıb, nəticədə bir sionist həlak olub, beş nəfər yaralanıb. Bu atışma zamanı bir fələstinli, sionist qüvvələri tərəfindən şəhid oldu.

Daha çox oxuyun: Əl-Xəlil şəhərində anti-sionist əməliyyatı baş tutub+ FOTO

– HƏMAS hərəkatının sözçüsü Hazem Qasim Əl-Xəlildə anti-sionist əməliyyatına toxunaraq bildirib ki, Əl-Xəlildə müqavimət bütün İordan çayının qərb sahili, onun düşərgələri və kəndləri Fələstin xalqının müqaviməti və qiyamının qalasına çevrilənə qədər cihad etməyə davam edəcək.
– Fələstin müqavimət dəstələri Əl-Xəlilin Kiryat Ərbə qəsəbəsində bir sionistin ölümü və beş nəfərin yaralanması ilə nəticələnən anti-sionist əməliyyatını təbrik etdilər.
– Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komisyası hesabatında 2022-ci ilin əvvəlindən İordan çayının qərb sahilində 118 fələstinlinin İsrail əsgərləri tərəfindən güllələndiyini açıqlayıb.
– Sionist rejimin (Şabak) daxili təhlükəsizlik xidməti 2022-ci ilin əvvəlindən indiyədək Fələstinin işğal olunmuş ərazilərdəki əməliyyatları zamanı 25 israillinin öldürüldüyünü açıqlayıb.
– Oktyabrın 30-da İsrail işğalçı qüvvələri Balata düşərgəsinin fələstinli sakini Məhəmməd Hafiz Əbu Leilini maşınla vuraraq öldürüblər.
– Sionist rejimin 14-cü kanalı elan edib ki, bu rejimin daxili təhlükəsizlik xidməti Şufat və Məaliyyə Edumim əməliyyatlarının icraçılarının evinin sökülməsini tələb edib.

– Oktyabrın 30-da “Barakat Musa Əvdə” adlı fələstinli gənc Yerixo yaxınlığındakı “Almoq” kəsişməsi yaxınlığında avtomobillə bir qrup İsrail əsgərini vurub. Nəticədə 5 nəfər yaralanıb. Hadisə yerində olan İsrail əsgərləri bu gənc fələstinliyə atəş açaraq onu şəhid ediblər.

– Oktyabrın 31-də İsrail ordusu Cəninə hücum edərək HƏMAS hərəkatının liderlərindən olan Məhəmməd Əbu Xəlifə Əbu Əsədi əsir götürdü.
– Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının I Komitəsi səs çoxluğu ilə elan etdi ki, sionist rejim öz nüvə silahlarını məhv etməli və onun istənilən fəaliyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında həyata keçirilməlidir.

Daha çox oxuyun: BMT İsrailin nüvə silahlarına qarşı qətnamə qəbul etdi! + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir