Hizbullahın baş katibi: Livan Amerikanın təzyiqinə və iqtisadi böhrana qarşı dayandı

Bazar 30 Oktyabr 2022 - 16:25
https://az.iswnews.com/?p=14720

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən 29 oktyabr tarixində axşam saatlarında bu ölkədə baş verən son hadisələr və regional məsələlərlə bağlı çıxış edib.

Seyid Həsən çıxışının əvvəlində Fələstin İslami Cihad hərəkatına toxunaraq bildirib ki, İslami Cihadın şəhid komandiri və qurucusu Fəthi Əl-Şəqaqi cihad üçün yeni bir ruh və müqavimət üçün yeni üfüq və Fələstin xalqı üçün yeni ümidlər yaratdı.

O, Əl-Şəqaqinin İran İslam İnqilabını çox tez kəşf etdiyini və onun Fələstin məsələsindəki mühüm rolunu nəzərə aldığını bildirərək, İslami Cihadın öz yolunu və böyüməsini davam etdirdiyini və Fələstində mühüm yeni tənliklər yaradan və qələbələr qazanan mütərəqqi bir qrupa çevrildiyini bildirib.

Hizbullahın baş katibi daha sonra İran xalqının kütləvi nümayişlərinə və Şirazda terror hadisəsi şəhidlərinin möhtəşəm dəfn olunmasına işarə edərək, dedi: Bu nümayişlər, mücahid və səbirli xalqın bütün düşmənlərə güclü mesajıdır. Belə ki, İran xalqı onlara ilğımlar və illüziyalar üzərində plan qurduqlarını başa saldı. Kütləvi nümayişlər və xalqın qəti mövqeyi bu fitnə və sui-qəsddə rolu olanlara möhkəm bir cavabın başlanğıcıdır.

Nəsrullah Livanın sionist rejimlə dəniz sərhədləri ilə bağlı dolayısı danışıqlarını vurğuladı: 2000-ci ildə Livan ərazilərinin azad edilməsindən sonra Hizbullah cənub sərhədlərinin çəkilməsinə qarışmayacağını, əksinə, bu məsələnin hökumətin öhdəsində olduğunu bildirib. Bu məsələ ideoloji və siyasi məsələlərlə bağlıdır.

O, bildirdi: Sionist rejim sərhədlərini Nildən Fərata qədər bilir. Bu sərhədləri heç vaxt tanımayacağıq. Bizim sərhədlərimiz öz gücümüz, ordumüz və qüdrətimizdir. Livan hökuməti parlamentin icazəsi və Livanın rəsmi qərarına əsasən, sərhədimizi Ən-Naqurə yaxınlığındakı xəttdən başlayan 23-cü xətt olduğunu elan etdi. 23-cü xəttin şimalında yerləşən bütün ərazi iqtisadi zona adı altında azad edilməli idi. Bu, xalqın və müqavimətin milli məsələsinə çevrildi.

Nəsrullah Livan hökumətinin özünün regional suları və ya xüsusi iqtisadi zonası hesab etdiyi məntəqəni müqavimətin işinin əsası olduğuna işarə edərək, dedi: Düşmən geniş ərazini əhatə edən Ən-Naqurədən 1-ci xətt kimi tanınan sərhəd xəttini çəkdi. Livan bunu özünün hüququ və xüsusi iqtisadi zonası hesab edirdi. Düşmən hər kəsin ora yaxınlaşmasının qadağan olduğunu bildirmişdi. Livan hökumətinin və düşmənin müvafiq olaraq bəyan etdiyi 23-cü və 1-ci xətt arasındakı ərazi təxminən 879 kvadrat kilometrdir.

Hizbullahın baş katibi əlavə edib ki, quru sərhədlər 1923-cü ildə Fransa və İngiltərə tərəfindən çəkilib və Livan və Fələstin xalqının fikirinə və istəyinə əsla baxılmayıb. İşğalçı rejimin formalaşmasından sonra dəniz sərhədləri müəyyən edilməmiş halda buraxılmışdır. 2000-ci ildən sonra Livanın cənub sahillərində böyük həcmdə qaz və neftin olması ilə bağlı danışıqlar gedirdi və bu səbəbdən sərhədlərin müəyyən edilməsi Livanın təcili ehtiyacına çevrildi.

O, sərhəd danışıqları başlayandan bu hərəkatdan heç nə tələb olunmadığını bildirərək, ötən illərdə cənub bloklarında fəaliyyət göstərməyi öhdəsinə götürmüş şirkətlərin ABŞ-ın maniəçiliyi ilə üzləşməsinə aydınlıq gətirib.

Amerikanın qaz və neftin kəşfi və çıxarılmasına mane olmasının Livanın mühasirəsi ilə bağlı olduğunu vurğulayan Nəsrullah, amerikalıların hər kəsə təzyiq göstərdiyinə, lakin Livanın rəsmi mövqeyinin “Hoff” xəttinə qarşı çıxmaq olduğuna işarə edib. Hoff xətti 2012-ci ildə Amerika vasitəçisi Frederik Hoff tərəfindən təklif edilən bir xəttdir və onun əsasında Livan 860 km dəniz sahəsindən məhrum olacaqdı.

O, bu günə qədər dəniz sərhədlərinin müəyyən edilməsi ilə bağlı əvvəlki hadisələri təsvir etməyə davam etdi və bildirdi ki, sionistlərə bağlı gəmi neft hasil etmək üçün Livan ərazisinə daxil olduqdan sonra Livanın üç rəhbərinin (prezident-baş nazir-parlament sədri) mövqeyi birləşdi və onlar vurğuladılar ki, hasilatın başlanğıcı, Livanı işğal etmək deməkdir. Hizbullah bu mövqeyə əsaslanaraq, Livanın rəsmi tələblərini həll edəcək razılaşma əldə etməmişdən əvvəl düşmənə öz yataqlarından neft və qaz çıxarmağa icazə verməmək qərarına gəldi.

Hizbullahın baş katibi Hizbullahın müharibə olsa belə qaz və neft ixracının qarşısını aldığını vurğulayaraq, Lapid hökumətinin müharibə qabiliyyətinə malik olmadığını və həmçinin ixracı da tərk edə bilmədiyini söylədi. Bu səbəbdən o, danışıqlar aparmalı oldu. Amerikalılar da təzyiq altında idilər. Onların prioriteti Ukrayna və Rusiya arasında müharibədir. Amos Hokşteyn də müharibə qorxusunun razılaşmaya səbəb olduğunu bildirib.

Livanın bu danışıqlarda istədiyi hər şeyə nail olduğunu bildirən Nəsrullah Livanın Amerikanın təzyiqi və iqtisadi böhrana qarşı durduğunu, lakin “Hoff” xəttinə boyun əymədiyini bildirib. Livan özünə məxsus zonasındakı bütün dəniz bloklarına israr etdi və onları tam şəkildə ələ gətirdi. Livan mühüm nailiyyət əldə etdi; Çünki ABŞ tərəfindən şirkətlərin fəaliyyətinin qarşısının alınmasına son qoydu.

Livanın bu danışıqlarda Qana meydanını da ələ gətirdiyini vurğulayaraq dedi: İsrail düşməni bu razılaşmada heç bir təhlükəsizlik zəmanəti almadı. Bu danışıqlarda Livan hökuməti sionist rejimlə münasibətlərin normallaşması ilə bağlı hər hansı şübhələrdən qaçmağa çalışıb. Düşmən İsrail də Hizbullahın balanslaşdırıcı çəkindirmə qüdrətinə etiraf etdi ki, bu da dəniz sərhədlərinin müəyyənləşdirilməsi işinin nəticəsidir.

Livan üçün bu nailiyyətin əldə edilməsində İordan çayının qərb sahilində Fələstin müqavimətinin də təsirli olduğuna işarə edən Seyid Həsən Livanın rəsmi səviyyədə dayanması, ölkə qüvvələrinin başçılarının həmrəyliyi, normallaşmaya doğru hərəkət etməməsi, müqavimətin hazır olması, onun tərəfindən Karişə dronların göndərilməsi və xalqın hökumətin və Hizbullahın mövqeyini dəstəkləməsi bu nailiyyətdə güclü məqamlar idi.

Sionist düşmənin Hizbullahın müharibə təhlükəsinin ciddi olduğunu çox yaxşı bildiyini vurğulayan Nəsrullah əlavə edib ki, əgər müharibə baş verərdisə, bu, regional müharibəyə çevrilə bilər və Fələstin, Yəmən və digər müqavimət cəbhəsi ölkələri də bu müharibədə mütləq iştirak edəcəkdi. Necə ki, Livan bu danışıqlarda Amerika və İsrailin təhdidlərinə boyun əymədi.

O təhdid etdi ki, Livana heç kəs qaz və neft ixracı ilə bağlı qadağa qoya bilməz. Hizbullah Livanda təhlükəsizlik istəyir, amma milli maraqlar ondan münaqişə qaydalarını pozmağı tələb edərsə, o, tərəddüd etmədən bu məsələ gedəcək; Hətta müharibə olsa belə.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir