İraq Parlamenti Əs-Sudani hökuməti nazirlərinə etimad səsi verib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq parlamenti keçirdiyi iclas zamanı Əs-Sudani kabinetinin nazirlərinə və onun hökumətinin planlarına səs veriblər.
Oktyabrın 27-də parlament üzvləri böyük səs çoxluğu ilə keçirilən iclasda Məhəmməd Şəyya Əs-Sudani hökumətinə etimad səsi veriblər. Bu görüşdə İraq prezidenti Əbdül Lətif Rəşid, BMT-nin İraqdakı heyətinin rəhbəri Janin Plasxart, İraq Ali Məhkəmə Şurasının rəhbəri Faiq Zeydan və bu ölkənin bəzi yüksək rütbəli rəsmiləri iştirak ediblər.
Bu iclasdan sonra İran prezidenti Seyid İbrahim Rəisi bir məktubda Məhəmməd Şəyya Əs-Sudanini baş nazir kimi mühüm məsuliyyəti üzərinə götürməsi və parlamentdəki deputatların etimad səsi ilə İraq hökumətinin qurulması münasibətilə təbrik edib. Rəisi əlavə edib: “Keçmişdə olduğu kimi, İran İslam Respublikası iki ölkə arasında əməkdaşlığı möhkəmləndirmək, dərinləşdirmək və inkişaf etdirmək əzmini vurğulayır”.
İran İslam Respublikası ilə yanaşı, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və İngiltərə də daxil olmaqla bəzi digər ölkələrin rəsmiləri Əs-Sudanini təbrik edərkən, İraqın yeni hökuməti ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olduqlarını bəyan ediblər.
İraq Şiə Koordinasiya Mərkəzinin Əs-Sudanini dəstəkləməsi və onu müqavimət cəbhəsinə doğru çəkməsinə görə, İran İslam Respublikası və İraq müqavimət dəstələri üçün məsləhətləşmələr aparmaq və əməkdaşlığı artırmaq və Əl-Kazimi hökumətinin hərəkətləri nəticəsində yaranan boşluqları aradan qaldırmaq üçün imkanlar mövcuddur. Həmçinin Amerika əsgərlərinin və terrorçu qrupların İraqdan çıxarılması kimi məsələləri ciddi şəkildə davam etdirmək imkanları da arta bilər.
Əs-Sudaninin təklif etdiyi nazirlər aşağıdakılardır:
1- Fuad Hüseyn, Xarici İşlər Naziri
2- Həyyan Əbdül Ğəni, Neft Naziri
3- Məhəmməd Təmim, Planlaşdırma Naziri
4- Teyf Sami, Maliyyə Naziri
5- Sabit Məhəmməd, Müdafiə Naziri
6- Əbdül Əmir Əş-Şəmmari, Daxili İşlər Naziri
7- Saleh Mehdi, Səhiyyə Naziri
8- İfan Faeq, İmmiqrasiya Naziri
9- Rəzzaq Muhəybis, Nəqliyyat Naziri
10- Oun Ziyab, Su Ehtiyatları Naziri
11- Əhməd Əl-Əsədi, Əmək Naziri
12- Əhməd Əl-Mubərqə, Gənclər Naziri
13- İbrahim Namis, Təhsil Naziri
14- Əsir Davud Salman, İqtisad Naziri
15- Xalid Şavani, Ədliyyə Naziri
16- Ziyad Əli Fazil, Elektrik Naziri
17- Həyyam Əbbud, Rabitə Naziri
18- Abbas Cəbr, Kənd Təsərrüfatı Naziri
19- Nəim Əl-Əbbudi, Ali Təhsil Naziri
20- Xalid Bəttal Nəcm, Sənaye Naziri
21- Əhməd Fəkkak Əhməd, Mədəniyyət Naziri
Xatırladaq ki, bu il oktyabrın 13-də İraq parlamenti şiə, kürd və sünni fraksiyalarının məsləhətləşmələrindən sonra Əbdül Lətif Rəşidi İraqın yeni prezidenti seçib və o, Məhəmməd Şəyya Əs-Sudanini İraqın baş naziri kimi Nazirlər Kabinetini formalaşdırmağa fərman verdi.
Daha çox oxuyun: Şiə, kürd və sünni fraksiyalarının razılığı ilə İraqın siyasi çıxılmaz vəziyyətinə son qoyuldu
Rəy