Rusiyanın yeni iddiası: Ukrayna çirkli bomba hazırlayır! + FOTO

Bazar ertəsi 24 Oktyabr 2022 - 23:28
https://az.iswnews.com/?p=14549

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ, İngiltərə və Fransa nazirləri birgə bəyanatda Rusiyanın Ukraynanın çirkli bomba hazırlayıb istifadə etməyə çalışdığı iddiasını rədd ediblər.

Rusiya rəsmiləri tərəfindən dəfələrlə Ukraynada çirkli bombaların hazırlanması ilə bağlı iddialardan sonra bu ölkənin müdafiə naziri Sergey Şoyqu dünən, oktyabrın 23-də Ukraynanın çirkli bombadan və ya az məhsuldar nüvə bombasından Ukraynanın cənubunda istifadə etmək cəhdi barədə məlumatı olduğunu iddia edib. O, daha sonra əlavə edib ki, bu bombanın yaradılması üzrə işlər son mərhələdədir və bu kampaniyadan məqsəd Rusiyanı kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etmək və Rusiyaya qarşı hərtərəfli kampaniyaya başlamaqdır.
Bu iddiadan sonra Rusiya müdafiə naziri Amerika, İngiltərə, Fransa və Türkiyədəki həmkarları ilə telefon danışığı keçirərək bu məsələ ilə əlaqədar olaraq xəbərdarlıq edib.

Qərb ölkələrinin rəsmiləri birgə bəyanat yaymaqla iddia ediblər ki, bu iddialar rusların Ukrayna ordusunun bu ölkənin cənub cəbhələrində irəliləməsinin qarşısını almaq səyləri ilə üst-üstə düşür. Ukrayna prezidenti Vladimir Zelenski də öz televiziya çıxışında bu iddianı təkzib edib: “Rusiya Ukrayna torpağında nüvə silahı və çirkli bombalardan istifadə etməyə hazırlaşır. Bu müharibədəki bütün çirkablar Rusiyanın işidir”. Zelenski Rusiyanın Zaporojye nüvə obyektlərinə nəzarəti ilə bağlı təhdidlərdən də danışıb və dünyanı bu məsələdə Rusiyaya lazımi cavab verməyə çağırıb.

Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamalarına görə, Beynəlxalq Atom Enerjisi Agentliyi Rusiyanın açıqlamalarından sonra Ukraynanın çirkli bomba istehsalını araşdırmaq üçün ekspertlər göndərmək qərarına gəlib.

Çirkli bomba nüvə tullantıları və radioaktiv materiallardan hazırlanmış dağıdıcı bombadır və müxtəlif tətbiqlərdən asılı olaraq kiçik, orta və böyük üç kateqoriyada hazırlanır. Partlayışdan sonra bu bomba kimyəvi maddələrini və mikroblarını geniş bir əraziyə yayır. Təbii ki, bu bombanın partlamasının və itkilərinin ölçüsü nüvə bombası qədər geniş deyil, lakin onun qurbanları illər və bir neçə nəsillər boyu onun dağıdıcı zərərindən əziyyət çəkir və istifadə olunan ərazi çirklənmiş və qeyri-müəyyən müddətə qədər istifadəyə yararsız olaraq qalır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir