Suriyada baş verən son hadisələr, 20 Oktyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa vilayətində yerləşən Casim şəhərində yerli silahlı qruplarla İŞİD ünsürləri arasında baş verən qarşıdurma nəticəsində bir neçə İŞİD terrorçusu öldürülüb, onlarla partlayıcı kəmər və əldəqayırma bomba ələ keçirilib.
1- Hələb:
– Oktyabrın 17-də Eyn Əl-Ərəb şəhərinin ətrafında Rusiya və Türkiyə arasında birgə hərbi patrul xidməti həyata keçirilib.
– Oktyabrın 17-də Suriya ordusu Hələbin qərbində yerləşən Kəfərəmə kəndindəki terrorçuların mövqelərini artilleriya zərbələri ilə hədəfə alıb.
– Oktyabrın 17-də Hələbin qərbində yerləşən Kəfərnuran kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumlarına məruz qalıb.
– Oktyabrın 17-də Təhrir Əş-Şam və Ceyşul-Vətani terrorçuları arasında atəşkəs razılaşması tamamilə pozulub və tərəflər arasında toqquşmalar başlayıb. Bu toqquşmalar zamanı Təhrir Əş-Şam terrorçuları Ceyşul-Vətaninin mövqelərini ələ keçirərək Merimin, Ənnab, Basalhaya, Cəlbal, Şvariğə Əl-Covz, Kəfərməz və Məərsə Əl-Xatib bölgələrinə nəzarəti ələ keçirə bilib.
Daha çox oxuyun: Afrin bölgəsində Təhrir əş-Şam terrorçularının əməliyyatından son xəbərlər, 18 Oktyabr 2022
2- İdlib:
– Oktyabrın 18-də İdlibin cənubunda yerləşən Əl-Barə və Məcdəliya bölgələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Oktyabrın 18-də İdlibin cənubunda yerləşən Məərbəlit bölgəsinin ətrafında yerləşən terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Oktyabrın 17-də Rusiya ordusunun qırıcıları İdlib vilayətinin cənubunda yerləşən Arum Əl-Cuz və Əl-Rami kəndlərində terrorçuların mövqelərini hədəfə alıb.
3- Dəraa:
– Oktyabrın 17-də Casim şəhərində yerli silahlı qruplarla İŞİD ünsürləri arasında baş verən qarşıdurma nəticəsində bir neçə İŞİD terrorçusu öldürülüb, onlarla partlayıcı kəmər və əldəqayırma bomba ələ keçirilib.
– Oktyabrın 17-də Novi şəhəri ətrafında Suriya ordusuna məxsus avtomobilin yolunda yol kənarına qoyulmuş bomba partlayıb, nəticədə bir suriyalı əsgər şəhid olub, ikisi isə yaralanıb.
– Oktyabrın 18-də “Əbu Əbdül Rəhman Əl-İraqi” adlı İŞİD-in cəbhə komandirlərindən biri Casim şəhərində yerli silahlı qruplar tərəfindən öldürülüb.
– Oktyabrın 18-də Suriya təhlükəsizlik qüvvələrindən biri Üləma məntəqəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
4- Deyr əz-Zor:
Oktyabrın 20-də “Saleh İsmayıl Əş-Şəkkal” adlı Əl-Əzbə qəsəbəsi sakinlərindən biri Suriya Demokratik Qüvvələri (SDQ) və Amerika koalisiyası ilə əməkdaşlıq etmə iddiası ilə İŞİD ünsürləri tərəfindən öldürülüb.
5- Raqqa:
Oktyabrın 19-da Suriya Demokratik Qüvvələri (SDQ) Raqqa şəhərinin ətrafında İŞİD terror qruplaşmasına üzvlük və əməkdaşlıq ittihamı ilə 17 nəfəri həbs edib.
6- Həsəkə:
Oktyabrın 19-da Rusiya qüvvələrinə aid helikopterlərin dəstəyi ilə Rusiya qüvvələri Dərbasiyyə şəhəri ətrafında hərbi patrul xidmətinin ikinci gününü həyata keçirmişdir.
7- Həma:
Oktyabrın 17-də Məhərdə şəhəri ətrafında mina partlaması nəticəsində Difa-Vətani qüvvələrinin 3 üzvü şəhid olub.
8- Oktyabrın 16-da Amerika koalisiyasına aid 30-dan çox yük maşını İraq Kürdüstanı sərhədindən və qeyri-qanuni Əl-Vəlid keçidindən Suriyadakı Amerika bazalarına daxil olub.
9- Oktyabrın 19-da Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə fələstinli qrupların rəhbərləri və nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə Əlcəzair danışıqları, fələstinli qrupların birləşməsi, sionist rejimlə mübarizə və Suriyanın Fələstinə dəstəyi kimi məsələlər müzakirə edilib.
Daha çox oxuyun: Fələstinli qruplar Suriya prezidenti ilə görüşüblər + FOTO
Rəy