İşğal olunmuş Qüdsdə əməliyyat; Bir Sionist yaralandı + FOTO

Cümə axşamı 20 Oktyabr 2022 - 11:53
https://az.iswnews.com/?p=14332

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, işğal altındakı Qüdsdə yerləşən Məaliyyə Ədumim qəsəbəsi yaxınlığında fələstinli gəncin silahlı əməliyyatı nəticəsində İsrail təhlükəsizlik qüvvələrindən biri ağır yaralanıb.

Oktyabrın 19-da “Udey Ət-Təmimi” adlı fələstinli gənc Məaliyyə Ədumim qəsəbəsinin girişində İsrail rejiminin iki təhlükəsizlik qüvvələrinə atəş açıb, bu zaman qüvvələrdən biri vurularaq ağır yaralanıb. Bu münaqişə zamanı həmin fələstinli sionist qüvvələr tərəfindən şəhid edilib. Bu əməliyyatı həyata keçirən şəxsin yanında silah, soyuq silah və əldəqayırma qumbara olduğu bildirilir.

İvrit medialarının məlumatına görə, Məaliyyə Ədumim ətraflarında yerləşdirilən İsrail əsgərləri hazırlıq vəziyyətindədir və polis və Şabak qüvvələri əməliyyata kömək edən insanların olmasından qorxaraq bu ərazilərdə nəzarət-buraxılış məntəqələri qurub. Bu ana qədər bu əməliyyatın icraçısının bir nəfər olduğu güman edilir.

Xatırladaq ki, bu il avqustun 14-də səhər saatlarında “Əmir Əs-Seydavi” adlı 28 yaşlı fələstinli bir qrup yəhudinin olduğu avtobusa odlu silahla atəş açmış, nəticədə 7 sionist yaralanmışdı.

Daha çox oxuyun: İşğal olunmuş Qüdsdə anti-sionist əməliyyatı baş verib + FOTO

Udey Ət-Təmimi, işğal altındakı Qüdsdə yerləşən Məaliyyə Ədumim qəsəbəsindəki əməliyyatı icra edən
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir