Seçilmiş və yüksək elmi istedadlar İmam Xamenei ilə görüşüblər + FOTO

Çərşənbə 19 Oktyabr 2022 - 16:59
https://az.iswnews.com/?p=14289

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Khamenei.ir-a istinadən xəbər verir ki, bu gün səhər (çərşənbə günü) 19 oktyabr tarixində bir qrup seçilmiş və yüksək elmi istedadlar İmam Xomeyni Hüseyniyyəsində İmam Xamenei ilə görüşüblər.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər yüzlərlə seçilmiş və yüksək elmi istedada malik olan gənclərlə görüşdə həmin gəncləri İranın son dörd onillikdəki abrının qorunması səbəbkarı adlandırıb və əlavə edib: Hamı, xüsusən də rəsmilər və elm adamları, həmçinin ölkədə ən nüfuzlu olanlar elmi istedadları ən mühüm sərvətlərdən biri hesab etməlidirlər. Ölkə onları tanımalı və dəstəkləməli, onlar isə özlərinin fərdi imkan və istedadlarını ölkənin tərəqqisi uğrunda xərcləməlidirlər.

O, İranın parlaq gələcəyinə işarə edərək, vurğulayıb: Son qırx üç ildə onlar (düşmən) bir neçə dəfə İslam Respublikasının süqutundan danışıblar, lakin inqilabın hərəkətinin sabitliyi və davamlılığı bu təhlilin yanlış və real olmadığını göstərir.

İnqilabın lideri eyni zamanda universiteti hegemon dövlətlərin qarşısında ən böyük maneələrdən biri adlandırıb və əlavə edib: Dünyanın hegemon qüdrətləri başqalarına ağalıq etmək və xalqları geridə saxlamaq üçün silahdan, hiylədən və hətta elmdən istifadə edirlər, beləliklə, ölkənin elmi səviyyəsini yüksəldən universitet əslində düşmənin hegemonluğuna mane olur.

O, İslam İnqilabının qələbəsi ilə elmi elit təbəqəsi sahəsinin bərqərar olmasını qəti və şübhəsiz bir fakt adlandırıb və əlavə edib: İnqilabdan sonra ölkənin hər yerində universitetlərin inkişafı ilə tələbələrin sayında heyrətamiz artım və professorların yetişdirilməsi və çoxsaylı elmi-tədqiqat institutlarının və beyin mərkəzlərinin yaradılması, elmin və yüksək elmi şəxslərin inkişafı üçün sahə təmin edilmişdir. İslam Respublikasının universiteti genişləndirmək və elmi bacarığı təkmilləşdirmək məqsədinə isə Allahın lütfü sayəsində nail olunmuşdur.

İran akademiklərinin ölkənin qərblilərə möhtac qalmasına imkan vermədiyini vurğulayan inqilab rəhbəri deyib: Heç bir mübaliğəsiz akademik seçilmiş elmi şəxslərimiz İranın abrıdırlar və alimlərimizin girdiyi və diqqət mərkəzində olan hər bir sahədə dünyanın elmi cəmiyyətlərinin təriflərini qazanıblar. Buna görə də başqaları və hətta özünüz də öz qədrinizi bilməlisiniz. Həmçinin mən də sizin qədrinizi yüksək qiymətləndirirəm.

O, İranın seçilmiş və elm adamlarının bəzi töhfələrindən bəhs edərkən Royan Elmi-Tədqiqat İnstitutunun kök hüceyrə və canlı heyvanların klonlaşdırılması, biokimya sahəsindəki irəliləyişləri, peyklərin kosmosa buraxılması və ötürülməsi, nüvə sənayesi, kompleks peyvəndlərin istehsalı, Korona peyvəndi, raket və dron sənayesindəki heyrətamiz inkişafları bu sahədə fundamental nailiyyətlər kimi xatırladıb.

Həzrət Ayətullah Xamenei istedad və biliklərindən atom silahı, kimyəvi silah və ya casus alətləri yaratmaq üçün istifadə etmiş ziyalı insanların elita olmadığını vurğulayaraq əlavə edib: Elita o istedadlı və çalışqan insandır ki, ilahi hidayətdən bəhrələnir.

O, daha sonra “elitadan gözləntilər” məsələsini qaldırdı və dedi: Elitadan bir gözlənti var ki, öz şəxsi qabiliyyətini milli qabiliyyətə çevirsin və ölkənin problemlərinin həllində öz bacarığından istifadə etsin.

Həzrət Ayətullah Xamenei qeyd etdi: Bəzi insanlar hətta ölkənin böyük imkanlarını inkar edir və nüvə sənayesi kimi bir potensialı yığışdırmağı tələb edir və yalandan “bu gün dünya enerji və nüvə sənayesindən üz döndərib” deyirlər.

O, vurğuladı: Başladığımız vaxtda nüvə sənayesinə başlamasaydıq, 10 ildən sonra bu məsələyə girərdik və 30 ildən sonra bir nəticəyə gələrdik.

Həzrət Ayətullah Xamenei çıxışının yekun hissəsində məsələlərin düzgün təhlili, baxış üfüqünün düzəldilməsi və onun əsasında hərəkətlə bağlı fundamental məsələyə toxundu.

O, inqilabın qələbəsinin əvvəlindən bu günə kimi qərblilərin İslam Respublikasının tənəzzülə uğraması ilə bağlı davamlı təbliğatlarına toxunaraq dedi: Onlar bu iddia üçün vaxt təyin etdilər və hər dəfə deyirdilər ki, bir ay, bir il daha yoxsa daha beş il sonra, İran İslam respublikasının işi bitəcək və bəziləri səhlənkarlıqdan, yaxud bədxahlıqdan daxildə bu iddiaları təbliğ edirdilər.

Həzrət Ayətullah Xamenei vurğuladı: Biz təslim olmadıq və dayandıq və inşallah, dayanmağa davam edəcəyik.

Həzrət Ayətullah Xamenei əlavə etdi: Biz heç vaxt zəif nöqtələri inkar etməmişik və bu baxımdan ölkə rəsmilərinin Ramazan görüşlərində və şəxsi görüşlərdə hər şeydən çox diqqət çəkmişik və geridə qaldığımızı dəfələrlə söyləmişik.

İnqilab Rəhbəri əlavə edib: Amma diqqətəlayiq fakt budur ki, İslam Respublikası karvanın sonundan başladığı sürətli hərəkatı davam etdirib və bu gün karvanın önünə çatıb.

Daha çox oxuyun: İslam Nizamı Məsləhət Şurasının yeni üzvləri İmam Xamenei ilə görüşüb + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir