Fələstində baş verən son hadisələr, 18 Oktyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Malayziya mediası Kuala-Lumpurda İsrailin casusluq xidmətinə (Mossad) bağlı terror qrupunun məhv edildiyini və oğurlanan fələstinli fəalın azad edildiyini açıqlayıb.
– Oktyabrın 17-də İordan çayının qərb sahilinin müxtəlif bölgələrinin sakinləri küçələrə çıxaraq “Ərin Əl-Əsvəd” müqavimət dəstəsinə dəstək üçün toplaşıblar.
– Oktyabrın 17-də İsrail qüvvələrinin İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə hücumu nəticəsində 5 fələstinli yaralanıb.
– Oktyabrın 18-də sionist rejimin yeddinci televiziya kanalı İsrail ordusunun sabah səhərdən (çərşənbə günü) cənub sərhədlərində hərbi təlim keçirəcəyini və bu təlimin cümə axşamına qədər davam edəcəyini açıqladı. Sionist rejimin quru, hava və dəniz qüvvələri bu təlimdə iştirak etməlidir.
– Avstraliya hökuməti işğal altındakı Qüdsü sionist rejimin paytaxtı kimi tanımaqdan imtina etdi. Bu hərəkət sionist tərəfi qəzəbləndirib və İsrail Xarici İşlər Nazirliyi Avstraliyanın işğal olunmuş ərazilərdəki səfirini çağırıb.
– Malayziya mediası Kuala-Lumpurda İsrailin casusluq xidmətinə (Mossad) bağlı bir terrorçu komandasının məhv edilməsi və oğurlanmış fələstinli fəalın azad edilməsi barədə məlumat yayıb. Malayziya rəsmisinin sözlərinə görə, Mossad fələstinli fəalları müəyyən etmək üçün ən azı 11 malayziyalıdan ibarət qruplaşmanı işə götürübmuş.
– Ötən 24 saat ərzində 20 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.
– İsrail ordusu radiosu İsrail prezidenti İshaq Hersoqun gələn həftə çərşənbə günü Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcəyini açıqlayıb.
– İbrani mediaları İsrail, Misir və Fələstin Milli İdarəsinin Qəzza sahilləri qarşısındakı qaz yatağından qaz çıxarmağa razılaşdığını iddia ediblər.
– Oktyabrın 17-də İsrail rejiminin planlaşdırma və tikinti komitəsi işğal altındakı Qüdsün şimal-şərqində böyük qəsəbə planının təsdiqləndiyini açıqladı.
Rəy