General-mayor Səlami İranın qonşu ölkələrinə xitabən: Sionist qüvvələri ölkənizdən çıxarın+ FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Təsnimə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general-mayor Hüseyn Səlami dünən Araz çayı boyunca keçirilən hərbi təlimdə iştirak edib və nitq söyləyib.
O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Araz çayı ətrafında keçirdiyi təlimdə iştirak edən hərbçilərə belə deyib: “Mən bu gün bu əzəmətli, böyük alimlər yetişdirən, vilayətçi, mömün kişi və qadınları ərsəyə gətirən Azərbaycan torpağında olmağımnan çox məmnun və şadam”.
O, əlavə etdi: “Azərbaycan böyük mücahidlər, Sepehrdə əbədi şəhidlər və İslam ümməti şəhidlərinin şərəf və ulduzları ilə dolu səma, Bakirilərin, Təcəllayilərin və ətirli, gözəl iyli və gözəl şəhidlər diyarıdır”.
O, davam etdi: “Bu gün başlayan bu təlim xalqın təhlükəsizliyi üçün mübarizə apardığımızı göstərmək üçündür. Biz qonşularımıza mesaj veririk ki, bizim siyasətimiz hamı ilə dostluq və qardaşlıqdır, lakin bu siyasət düşmənlərin bizə qarşı sui-qəsdlər təşkil etməyənəcəndir. Hər bir ölkə və güc bizimlə düzgün əlaqə qurursa, biz onunla qardaşıq. Qonşularımızın öz problemlərini sivil üsullarla, siyasi qarşılıqlı fəaliyyətlə birlikdə həll etmələrini istəyirik”.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı vurğulayıb: “Bizim bu regionda maraqlarımız var və əgər regionun bir küncündə dəyişiklik baş verərsə və bizim maraqlarımız təhlükə altında olarsa, o zaman biz neytral olmayacağıq və milli maraqlarımızı müdafiə edəcəyik. Təhlükəsizliyimizi müdafiə edirik və bu, bizim üçün prinsipdir və bizim qırmızı xəttimiz ondan ibarətdir ki, heç nə dəyişməsin. Hər şey ölkələrin suverenliyinin tanınmasına əsaslanmalıdır”.
General-mayor Səlami qeyd edib: “Biz istəyirik ki, hamı problemləri dialoq yolu ilə həll etsin. Sionist rejim haradadırsa, oranın, təhlükəsizliyi aradan gedir. İsrail ölkəmizin bəzi qonşularına, o cümlədən cənub, qərb və şimalındakı ölkələrə nüfuz edib. Onlar deyə bilər ki, onların mövcudluğu milli təhlükəsizliyimiz üçün təhlükəli deyil, amma İsrailin təbiəti əmin-amanlıqı pozmaqdır. Qonşu ölkələrə məsləhət görürük ki, İsraili İslam torpaqlarına buraxmasınlar, çünki onlar Fələstindəki münaqişələrini həll etmək istəyirlər və əmin-amanlığı pozmağa çalışırlar”.
Qeyd edək ki, dünən 17 oktyabr tarixindən 3 günlük İran İslam İnqilabı Keşikçiləri Korpusunun İranın şimal qərbindəki hərbi təlimi başlayıb.
Rəy