Rusiya ordusu Şahid-136 kamikadze dronları ilə Ukraynanın paytaxtına kütləvi hücum edib + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bu gün səhər Rusiya ordusu bir neçə “Şahid-136” kamikadze dronu ilə Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna qüvvələrinin mövqelərinə şiddətli hücum edib.
Rusiya ordusu bu ölkənin paytaxtı Kiyevdə Ukrayna qüvvələrinin mövqelərinə bu gün səhər saatlarında bir neçə Şahid-136 kamikadze dronu ilə hücum edib. Bu hücumlar enerji şirkətlərinin ofislərinə və dəmiryol vağzalına olub.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiya ordusu bu hücumda 28 Şahid-136 kamikadze dronundan istifadə edib. Onun sözlərinə görə, Ukrayna ordusunun müdafiə sistemləri 23 ədəd dronu vurmağa nail olub. Bu iddialara baxmayaraq, bugünkü hücumun müxtəlif videoları Kiyev səmasında iki dronun vurulmasını göstərir.
Ukrayna ordusunun Rusiyanın dron hücumları qarşısında xaosu və çaşqınlıq dalğası bu cür hücumların öhdəsindən gələ bilmədiyini göstərir və Ukrayna hakimiyyəti tərəfindən dronların vurulması ilə bağlı qeyri-real statistik məlumatların dərc edilməsi də bu səbəblə əlaqələndirilə bilər.
Qeyd edək ki, ötən gecə oktyabrın 16-da Rusiya ordusu Ukraynanın cənubunda yerləşən Oçakiu limanında Nikolayev şəhərinin yanacaq anbarı və elektrik stansiyasına və hərbi yükə Şahid-136 kamikadze dronları ilə hücum etmişdir.
“Şahid-136” kamikadze dronlarının Ukraynadakı hərbi hədəflərə uğurlu və təsirli hücumları davam edir, Ukrayna ordusu isə bu hücumları zərərsizləşdirə bilmir.
Rəy