Təhrir Əş-Şam Afrin şəhəri üzərində tam nəzarəti ələ götürdü!
“İslam dünyası xəbərləri” informasiya agentliyi xəbər verir ki, Heyət Təhrir Əş-Şam, Firqətu Əs-Sultan Süleyman Şah və Firqətu Əl-Həmzə terrorçuları Suriyanın şimal-qərbində həyata keçirdikləri əməliyyatın ardınca Afrin şəhəri Təhrir Əş-Şam tərəfindən ələ keçirilib.
Heyət Təhrir Əş-Şam, Firqətu Əs-Sultan Süleyman Şah və Firqətu Əl-Həmzə terrorçuları Afrin ətrafında irəliləyişlərindən və bu şəhərin cənubundakı Basuta bölgəsi və kəndi nəzarət altına alındıqdan sonra yerli mənbələr Təhrir Əş-Şam terrorçularının Afrin şəhəri üzərində tam nəzarəti əldə etdiklərini açıqlayıb. Bu, on minlərlə dinc sakinlə dolu olan Afrin küçələrində böyük qorxuya səbəb olub.
Təhrir Əş-Şam terrorçuları və müttəfiqlərinin Afrinin digər cəbhələrində də əməliyyatları uğurla nəticələnib. Firqətu Sultan Süleyman Şah terrorçuları Əl-Feyləqus Salis terrorçularının geri çəkilməsindən sonra Afrinin qərb kənarında yerləşən “Mobatla” qəsəbəsinə nəzarəti ələ keçirib. Əməliyyatın davamında Təhrir Əş-Şam terrorçuları Təll-Səlvər bölgəsində Hərəkutut-Təhrir-Vəl-Bina terrorçuları ilə bir neçə saatlıq döyüşdən və atışmalardan sonra ani hücum taktikasından və müdafiə xəttindəki boşluqdan istifadə edərək, Cəndəris şəhəri, bu şəhərin ətrafındakı kəndləri və Əl-Həmmam strateji keçidinə nəzarəti ələ keçirdilər.
Hazırda Əl-Feyləqus Salis terrorçuları Afrin şəhərini Əzaz şəhərinə doğru tərk ediblər. Əl-Feyləqus Salis terrorçuları yenidən Afrinə hücum edərək Afrini Təhrir Əş-Şamın nəzarətindən çıxarmaq niyyətindədir. Digər tərəfdən Təhrir Əş-Şam terrorçuları Əl-Feyləqus Salis terrorçularına yerli vaxtla saat 19:00-a qədər vaxt veriblər ki, Əzaz şəhərindən geri çəkilsinlər və bu şəhəri onlara təhvil versinlər.
Xaos və terrorçular arasında qarşıdurma zamanı Afrinin kənarındakı Məəratə həbsxanasında saxlanılan bir neçə nəfər də bu həbsxanadan qaçıb. Həmçinin, qarşıdurmaların artması ilə Afrin şəhərinin kənarındakı qaçqın düşərgələri qaçqınların İdlib bölgəsindəki düşərgələrə və Hələbin kənarındakı digər ərazilərə kütləvi şəkildə axınının şahidi olub.
Qeyd edək ki, bu toqquşmalar Firqətu Əl-Həmzə komandirlərindən ikisinin bir media fəalının öldürülməsində iştirakına görə Əl-Cəbhətu Əş-Şamiyyə terrorçuları tərəfindən həbsindən sonra başlayıb və hələ də davam edir.
Rəy