Yəməndə baş verən son hadisələr, 6 Oktyabr 2022

Cümə axşamı 6 Oktyabr 2022 - 23:49
https://az.iswnews.com/?p=13840

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Məhəmməd Əli Əl-Husi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəyanatına cavab olaraq, atəşkəsin uzadılması ilə bağlı danışıqlarda Qurtuluş hökumətinin haqlı tələblərini vurğulayaraq, Səudiyyə koalisiyasını dron hücumları ilə hədələyib.

1- Sənaa:
Oktyabrın 4-də yerli mənbələr Yəmənin paytaxtı Sənaanın cənubunda partlayış səsinin eşidildiyini bildiriblər.

2- Mərib:
– Məczər rayonunda minanın partlaması nəticəsində iki uşaq şəhid olub, bir nəfər isə yaralanıb.
– Yəməndə atəşkəsin uzadılmasının başa çatması ilə Ənsarullah qüvvələri və İslah partiyasının silahlıları Mərib şəhərinin cənub və qərbində bir-birlərinin mövqelərinə atəş və minaatanlardan atəş açıblar.

3- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 186 dəfə pozublar.

4- Zəmar valisi və Ənsarullahın cəbhə komandirlərindən olan Məhəmməd Əl-Buxeyti: Sənaa dəniz raketləri sahəsində elə irəliləyiş əldə edib ki, blokadanın götürülmədiyi təqdirdə müharibənin başa çatmasında təsirli rol oynaya biləcək. Təcavüzkar ölkələr gəmilərin Yəmənə daxil olmasına güclə mane olurlar və biz də buna bənzər cavab verəcəyik.

5- Timoti Linderkinq, ABŞ-ın Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi: Sənaanın BMT-nin Yəməndə atəşkəsin uzadılması və genişləndirilməsi təklifinə qarşı çıxmasından narahatıq. Husilər (Ənsarullah) qeyri-mümkün tələblər irəli sürüblər və daha çox yumşaqlıq və güzəştlər etməlidirlər. İndiyə qədər Yəmən danışıqlarında İranın müsbət rəyinə əsaslanan hər hansı bir hərəkət görmədik. İranın Yəmən münaqişəsindəki rolu indiyədək mənfi olub. Vasitəçi ölkələrlə təmaslarımız göstərir ki, iranlılar Yəməndəki münaqişənin siyasi həllinə üstünlük verirlər.

6- Hüseyn Əl-Əzzi, Qurtuluş hökumətində xarici işlər nazirinin müavini: Sənaada şərait, Linderkinqin dediyi kimi, nə çətin, nə də qeyri-mümkündür! Yalnız ona görə çətindir ki, işğalçı koalisiya və onların ortağı olan beynəlxalq birlik bizim haqqımızı almağa o qədər öyrəşiblər ki, onlar bizim hüquqsuz xalq olduğumuzu, milli sərvətimizin vətənini satanların şəxsi mülkiyyəti olduğunu düşünürlər. Yəmən xalqının hüquqlarına hörmət etmək sülhə doğru irəliləmək üçün əsasdır.

7- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası: Sənaanın şərtləri ifratçılıqdır və Birləşmiş Millətlər Təşkilatının razılaşma əldə etmək səylərini çətinləşdirib. Onların Səudiyyə Ərəbistanı və BƏƏ-dəki xarici şirkətlərə qarşı təhdidləri narahatlıq doğurur.

8- Məhəmməd Əli Əl-Husi, Yəmən Ali İnqilab Şurasının rəhbəri: Yəmənin blokadasının ləğvi, neft gəlirləri hesabına işçilərin maaşlarının ödənilməsi və Sənaa hava limanının uçuşlarına qoyulan qadağanın aradan qaldırılması ekstremizm deyil, ancaq Təhlükəsizlik Şurasının bəyanatı ekstremizmdir. Bizim pilotsuz təyyarələrimiz var ki, hava sanksiyalarına baxmayaraq, öz təyinat yerlərini (məqsədlərini) bilirlər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir