SEPAH İraqın Kürdüstan bölgəsində terrorçu qruplara qarşı raket və dron hücumları etdi + VİDEO və FOTO və XƏRİTƏ

Çərşənbə 28 Sentyabr 2022 - 16:49
https://az.iswnews.com/?p=13690

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, İraqın şimal-şərqində Kürdüstan Demokrat Partiyası, Komala, Pejak və s. terror qruplaşmalarının mövqeləri İranın İslam İnqilabı Keşikçiləri Korpusunun artilleriya və dronları ilə ardıcıl dördüncü gün olaraq hücuma məruz qalıb və bu günə qədər bu qruplar ağır zərbələr alıblar.

Mövcud məlumata görə, son dörd gündə terror qruplaşmalarının o cümlədən İran Kürdüstan Demokrat Partiyasının (Hədka) Koysinjaq şəhəri ətrafında, Komala və Pak qruplaşmalarının Ərbilin cənubunda, Süleymaniyyənin şimalında və Çamçal məntəqəsində, Pejak və PKK qruplarının Sidkan və Barbazin bölgələrindəki yerləşən qərargah və düşərgələrini hədəfə alıb.

İran silahlı qüvvələri bu hücumlarda kamikadze dronlardan, artilleriya raketləri və ballistik raketlərdən istifadə edib. Hücumların şiddəti o dərəcədə olub ki, bu qrupların səlahiyyətliləri bəzi üzvlərinin yaralandığını və öldürüldüyünü etiraf ediblər. Kürdüstan bölgəsinə aid medialar İraq Kürdüstanının Səhiyyə Nazirliyinə istinadən xəbər veriblər ki, 7 nəfər ölüb, 24 nəfər yaralanıb.

İki “Şahid-136” kamikadze dronunun İraqın Kürdüstan bölgəsində terrorçu qruplaşmaların mövqelərinə dalaraq dəqiq zərbələr vurması anı

Qeyd edək ki, İranın İraqın şimal-şərqində terrorçu qruplaşmalara qarşı yeni hücumları bu qruplaşmaların İranda baş verən son etirazlar və iğtişaşlardan istifadə edərək silahlı dəstələr və külli miqdarda silah-sursatın İran sərhədlərinə daxil etmələri və terror əməliyyatları keçirmək niyyətindən sonra başlayıb. Ona görə də bu tədbirlər İran silahlı qüvvələrinin sərt reaksiyası ilə qarşılanıb və onların mövqeləri İraq Kürdüstanı bölgəsinin müxtəlif məntəqələrində hədəfə alınıb.

Hazırda terror qruplaşmalarına qarşı hücumlar davam edir və İran hakimiyyəti bu hücumların nəticələri və bitmə vaxtı ilə bağlı açıqlama verməyib.

İran Silahlı Qüvvələri öncə İraq hökuməti və İraq Kürdüstanı rəhbərliyini yuxarıda adı çəkilən qrupların terror və qeyri-qanuni fəaliyyətləri ilə bağlı xəbərdar etmiş və elan etmişdi ki, əgər İraq hökuməti və Kürdüstan bölgəsi bu hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görməsə və bu qrupların terror fəaliyyətinin qarşısını almasa İran bu terror qruplarına qarşı ən sərt tədbirlərlə onların qarşısını almaq hüququnu icra edəcək.

Tam ölçüdə baxmaq üçün klikləyin
İraqın Kürdüstan bölgəsində terrorçuların mövqelərini hədəfə almaq üçün “Şahid 136” kamikadze dronlarından istifadə edilib
İraqın Kürdüstan bölgəsində terrorçuların mövqeləri bombalanıb
İraqın Kürdüstan bölgəsində terrorçuların mövqeləri bombalanıb
İraqın Kürdüstan bölgəsində terrorçuların mövqeləri bombalanıb
İraqın Kürdüstan bölgəsində terrorçuların mövqeləri bombalanıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun İraqın Kürdüstan bölgəsində terrorçu qruplaşmaların mövqelərinə qarşı keçirdiyi əməliyyat zamanı Ərbil şəhərinin cənubunda yerləşən Vadi Bərdi bölgəsində “Ömər Mahmudzadə” adlı amerikalı müşavirlərdən biri (İran əsilli) öldürülüb.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir