Ukrayna ordusu: Şahid dronları asanlıqla müəyyən edilir, lakin biz onları vura bilmirik!
Ukrayna ordusu Şahid ailəsindən bir kamikadze dronun qalıqlarının şəkillərini yayımlayaraq, Rusiyanın hava hücumlarının qarşısını almaq üçün İranın kamikadze dronlarının strukturunu araşdırmağa başladığını bildirib. Ukraynalılar bu yaxınlarda Şahid 136-nın daha kiçik versiyası olan kamikadze dronunu əldə edə biliblər.
Rusiyanın İran silahlarından, xüsusən də “Şahid 136” kamikadze dronundan istifadəsi Ukrayna ordusunu onlarla ciddi şəkildə mübarizə aparmaq üçün effektiv həll yolları axtarmağa vadar edib, çünki Rusiya bu dronlardan geniş şəkildə istifadə etməklə hərbi və qeyri hərbi infrastruktura xüsusilə də cənub cəbhəsinə ağır zərbələr endirib.
Ukraynanın cənub cəbhəsindəki hərbi komandanlığının media rəhbəri Natalya Homniuk İran dronları haqqında deyib: “Ukrayna hərbçiləri analiz üçün bu silahların nümunələrini əldə edə biliblər və hazırda bunlar hücumlara qarşı effektiv cavab axtarışındadırlar. Şahid 136 tamamilə yeni bir silahdır, ona görə də bizim nümunələrimiz bütün hərbi ekspertlər tərəfindən nəzərdən keçirilir. Biz Şahid 136 ilə məşğul olmağın ən təsirli yolu üzərində işləyirik. Anladıq ki, bəzi hündürlüklərdə onları yüngül silahlarla belə vurmaq olar və bu məsələ bizim gündəmimizdə geniş yer tutur, lakin problem bu dronun vurulandan sonra partlayıcı maddələr daşımasıdır, bütün bədənini məhv edir”.
Bu yaxınlarda Ukrayna ordusu Şahid-136 dronuna bənzəyən, lakin daha kiçik ölçülərə malik kamikadze dronunu vurmağa nail olub. Hələlik bu dron İran tərəfindən rəsmi olaraq təqdim olunmayıb və bu barədə ətraflı məlumat yoxdur və o, yalnız SEPAH-ın yeraltı dron və raket bazasındna daha əvvəl yayımlanan videolarında görünüb. Ukrayna ordusu bu dron əsasında Şahid-136 dronunun performansını qiymətləndirir və təhlil edir. Ukraynadan gələn yeni şəkillərə görə, bu dronun bəzi xüsusiyyətləri (marşrut sistemləri, döyüş başlığı və s. kimi) daha ucuz olması üçün bu drondan çıxarılıb və ya azaldılıb.
Aşağıdakı şəkillər Ukrayna ordusu tərəfindən vurulan Şahid-136 dronunun daha kiçik və oxşar nümunəsi ilə bağlıdır və onun hissələri tədqiq olunur. Hələlik Ukrayna ordusu orijinal Şahid-136-nı əldə edə bilməyib. Şahid-136 dronunun xarakterinə görə O, ya hədəfləri vurub, ya da ələ keçirildikdən sonra tamamilə məhv edilib.
Odessa hərbi administrasiyasının sözçüsü Serhii Bratçuk da televiziyaya verdiyi müsahibədə Ukraynanın müdafiə sistemlərinin Şahid 136 dronu ilə mübarizə apara bilməməsindən danışıb və deyib: “Şahid dronları çox səs-küylüdür, ona görə də yaxınlaşarkən asanlıqla aşkar edilir, lakin eyni zamanda, aşağı uçuş hündürlüyünə görə radarların onları aşkar etməsi çətindir”.
Ukraynalı hərbi ekspertlərin fikrincə, Şahid 136 dronu nisbətən ucuz başa gəlir və onun hissələrinin əksəriyyəti mülki hissələrə uyğundur. Ona görə də müdafiə sistemlərini təchiz etməklə, iqtisadi və hərbi sanksiyalar tətbiq etməklə İran və ya Rusiyanın inkişafının qabağını almaq mümkün deyil. Onlar hesab edirlər ki, gizlənmək, yanlış mövqelər yaratmaq, GPS-i pozmaq, düşmən məlumatı ilə mübarizə aparmaq və yaşayış məntəqələrinin damlarında zenit pulemyotlarını yerləşdirmək də daxil olmaqla bir sıra gücləndirmə tədbirləri görərək, dron hücumlarının təsirinin tamamilə və ya böyük bir hissəsinin qabağını ala bilərlər.
Ukraynalıların fikrincə, hər bir Şahid 136 dronunun alınmasının dəyəri müdafiə sistemlərinin raketləri ilə müqayisədə aşağıdır və bu həll ABŞ və Avropa ölkələrindən geniş dəstək tələb edir. Həmçinin, ukraynalıların hazırkı müdafiə ehtiyatları dron hücumları ilə mübarizə aparmaq üçün lazımi coğrafi ölçüyə malik deyil və Ukraynanı təchiz etmək vaxt aparır.
Digər tərəfdən, Ukraynanın onlarla şəhərində və böyük ərazilərində GPS-i pozmaq asan məsələ deyil və dronlarla mübarizədə o qədər də faydalı deyil. Yüngül və yarı ağır silahlar Şahid 136 dronunun gövdəsinə ciddi ziyan vurmaq gücündə deyil və onun bu üsulla vurulma ehtimalı çox aşağıdır.
Rəy