Ukrayna ordusu: Rusiya İranın hücum dronlarından istifadə edib!

Bazar ertəsi 19 Sentyabr 2022 - 21:39
https://az.iswnews.com/?p=13460

Ukrayna hərbi rəsmiləri çərşənbə axşamı, sentyabrın 13-də elan ediblər ki, onlar ilk dəfə olaraq bu ölkənin şərqindəki Kupyansk cəbhəsində Rusiya ilə döyüş meydanında İran istehsalı olan “Şahid-136” kamikadze dronunu vurublar. Buna görə də Ukrayna hakimiyyətinin rəsmi təsdiqi ilə bu, İranın “Şahid-136” dronunun Yaxın Şərqdən kənarda ilk dəfə görünməsidir.

Ukrayna ordusunun artilleriya komandirlərindən biri, polkovnik Rodion Kolaqin “New York Times” qəzeti ilə söhbətində bildirib ki, İran dronu Ukraynada keçirdiyi ilk əməliyyatda ABŞ-ın hədiyyə etdiyi M777 haubitsasını məhv edib. Yüzlərlə top gülləsi atmaq əvəzinə, hədəflərin daha asan tanınması və məhv edilməsi üçün kamikadze dronundan istifadə etmək olar.

O, iddia edib ki, Rusiya İranın Rusiya silahlarının rənginə boyanmış və Geran-2 adı ilə istehsal edilən “Şahid-136” dronlarından, iki ədəd 152 millimetrlik özüyeriyən haubitsadan, iki ədəd 122 millimetrlik özüyeriyən haubitsadan və iki zirehli transportyoru məhv etməkdə istifadə edib. Nəticədə 4 əsgər həlak olub, 16 nəfər yaralanıb.
Bu dəqiq hücumlar Ukrayna ordusunun komandirini Kiyevin qərb müttəfiqlərindən tez bir zamanda Ukrayna ordusunu Rusiya ordusuna hücum etmək üçün müdafiə sistemi və ya oxşar silahla təmin etməyi tələb etməyə vadar etdi.

Polkovnik Kolaqin bildirib ki, “Ukrayna ordusunda buraxılış qurğusunun mövcudluğu və ya bu dronların Rusiya ordusu tərəfindən istifadəsi barədə məlumat yoxdur, lakin Kupyansk bölgəsi yaxınlığında yerləşən hədəfi vurduqdan sonra dronun qalıqları görsənib ki, buda Xarkov vilayətinin şərqində rus ordusunun Ukraynadakı müharibədə bu drondan istifadə etdiyini sübut edir”.

O, əlavə edib ki, “Şahid-136 dronu özüyeriyən haubitsanı vurmaqda çox dəqiqdir və o, güllənin yükləndiyi yeri dəqiq vuraraq ikinci dərəcəli partlayışlara səbəb olur. Bu cür hücumlarda partlayışdan sonra drondan heç nə qalmır, lakin şahidlərin ifadələri və artilleriya atəşi nəticəsində dəyən zərərdən fərqli partlayışların mahiyyəti Ukrayna ordusunu rus ordusunun Şahid-136 dronundan istifadə etdiyinə əmin edib. Bu, çox ciddi problemdir və lazımi tədbir görülməsə, ruslar bütün artilleriyamızı məhv edəcəklər”.

Bununla bağlı ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms B.Haker bildirib ki, “Rusiya bu yaxınlarda İranın dronlarını alıb. Hələlik Rusiya hərbçilərinin bu dronlardan necə istifadə edəcəyi və ya bu dronların nə dərəcədə effektiv olduğu barədə heç bir məlumat almamışıq”.

Rusiya ilə Ukrayna arasındakı müharibədə dronlar mühüm rol oynayıb. İndiyədək bir çox ölkə, o cümlədən ABŞ və Türkiyə Ukraynaya Switchblade və Bayraktar TB2 kimi yüzlərlə dron hədiyyə edib. Digər tərəfdən, hesab edilir ki, Rusiya da müharibə tənliklərini dəyişmək üçün hücum göstəricilərini yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirib. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan iyul ayında Rusiyanın İrandan yüzlərlə müxtəlif dron almağı planlaşdırdığını bildirmişdi, lakin o bununla bağlı heç bir sənəd təqdim etməmişdi.

Qeyd edək ki, media və Qərb rəsmilərinin son aylarda Rusiyaya İran dronlarının göndərilməsi ilə bağlı iddiaları ilə eyni vaxtda İranın nəqliyyat təyyarələrinin Rusiyaya uçuşları da keçmişlə müqayisədə xeyli artıb. Bu məsələ Ukraynada “Şahid-136” dron qalıqlarının müşahidəsi ilə yanaşı, Ukraynadakı müharibədə İran dronlarından istifadə olunduğunu sübut edir. Bu fürsət real döyüş meydanında İran istehsalı olan silahların əməliyyat keyfiyyətini müəyyən edə bilər. Həmçinin, bu müharibədə istifadə edilən silah portfeli, təfərrüatlı media fəaliyyəti və planları ilə yanaşı, İranın silah embarqosunun sona çatması nəzərə alınmaqla, İranın silah bazarının yaxşılaşdırılması və beynəlxalq aləmdə silah müştərilərinin artmasında da təsirli ola bilər.

Daha çox oxuyun: Hərbi məlumat: Şahid-136 Kamikadze Dronu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir