Daha bir qazi özünü yandırıb + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Modern.az-a istinadən xəbər verir ki, daha bir qazi hüquqlarının bərpa olunmamasına etiraz olaraq özünü yandırıb.
12 sentyabr tarixində vətən müharibəsi qazisi Elnur Rüstəmov özünü yandırıb. Qazi Xəzər rayonunun Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq bu addımı atıb.
Həmin rayonun deputatı Rauf Əliyevin köməkçisi Əfrasiyab Əmirov məsələyə aydınlıq gətirib.
O bildirib ki, qazi Elnur Rüstəmov evlə təmin olunması məsələsi ilə bağlı etiraza görə özünü yandırıb.
Qeyd edək ki, Elnur Rüstəmovun bədəninin 70 faiz hissəsi yanıb. O, Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Ümumilikdə isə intihar həddinə çatdırılanların sayının 50 nəfər olduğu bildirilir.
Rəy