Sionist rejimin Dəməşqə hava hücumu nəticəsində 5 suriyalı əsgər şəhid oldu + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim ordusuna aid qırıcıların Dəməşq ətrafındakı hədəflərə hücumu nəticəsində beş suriyalı hərbçi şəhid olub.
Suriya hərbi mənbəsinin məlumatına görə, bu gün şənbə günü yerli vaxtla saat 00:45 radələrində düşmən olan İsrail Təbəriyyə gölünün şimal-şərq tərəfindən Dəməşq Beynəlxalq Hava Limanı və həmçinin Dəməşq şəhəri ətrafındakı yerləri hədəfə alaraq raket zərbəsi endirib. Raketlərlə mübarizə aparmaq üçün müdafiə sistemləri işə salınıb və onların bir neçəsini təqib edə bilib. Bu hücum 5 suriyalı əsgərin şəhid olması və maddi ziyanla nəticələnib.
Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin Suriya ordusunun Dəməşqin cənub ətraflarında yerləşən “Əl-Kisvə” bölgəsindəki mövqelərinin də bu hücumun hədəflərindən biri olduğu bildirilir.
Həmçinin bu il sentyabrın 6-da İsrail rejimi ordusunun qırıcıları Aralıq dənizindən Hələb hava limanına doğru bir neçə raket atmışdılar. Bu hücum nəticəsində Hələb hava limanının eniş zolağı zədələnmiş və bu hava limanının uçuşları bir müddət dayandırılmışdır.
Daha çox oxuyun: Sionist rejimi Suriyaya hava zərbələri endirib
Rəy