Qırğızıstan və Tacikistan arasında sərhəd münaqişəsi nəticəsində 16 nəfər ölüb və yaralanıb + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qırğızıstan və Tacikistan orduları arasında sərhəd bölgələrində baş verən son sərhəd toqquşmaları nəticəsində iki tacik əsgəri həlak olub, hər iki tərəfin qüvvələrindən 14-dən çox adam yaralanıb.
Qırğızıstan sərhədçilərinin tacik əsgərlərinə mübahisəli ərazini tərk etmələri barədə xəbərdarlığından sonra, çərşənbə günü, sentyabrın 14-də sərhəd zastavasının və Batkən vilayətində yerləşən 7 sərhəd kəndinin yaxınlığında sərhəd münaqişəsi başlayıb. Bu toqquşmalar iki tacik əsgərinin ölümü, üç tacik və 11 qırğızın yaralanması ilə nəticələnib.
Hazırda iki tərəf arasında diplomatik təmasların qurulması ilə münaqişələr dayandırılıb və iki sərhəd əyalətinin Sogd (Tacikistan) və Batkən (Qırğızıstan) qubernatorlarının sərhəddəki gərginliyin aradan qaldırılması üçün bir-biri ilə görüşü və müzakirəsi planlaşdırılır.
Tacikistan və Qırğızıstan ölkələri bir-biri ilə 970 kilometrdən çox sərhədi bölüşür, onların böyük hissəsi Sovet İttifaqının dağılmasından sonra qeyd olunub. Su ehtiyatları və geniş torpaqları əhatə edən iki ölkənin sərhədlərinin təxminən 30%-nin müəyyən edilməməsi son illərdə iki ölkə arasında çoxsaylı münaqişələrə səbəb olub. Bu münaqişələr hər dəfə Rusiyanın və digər region ölkələrinin vasitəçiliyi ilə dayandırılır və tərəflərin danışıqları nəticəsiz qaldığından yenidən bərpa olunur.
Rəy