Yəməndə baş verən son hadisələr, 16 Fevral 2022

Çərşənbə 16 Fevral 2022 - 23:13
https://az.iswnews.com/?p=1326

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullahla Səudiyyə koalisiya qüvvələri arasında qarşıdurmalar Mərib əyalətinin cənub cəbhələrində, Səədə və Həccə əyalətlərinin şimal sərhədlərində davam edir.

1- Həccə:
Hərəz şəhərinin kənarında Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında ara-sıra toqquşmalar davam edir. Hazırda Səudiyyə koalisiyasının Hərəz şəhərinin işğal etmək əməliyyatı dayandırılıb və Ənsarullahın yardımçı qüvvələri bu şəhərə köçürülüb.

2- Səədə:

  • Səudiyyə koalisiyasının Ənsarullahın Əl-Səfra şəhərindəki mövqelərinə ağır hücumu Ənsarullah tərəfindən dəf edilib və zərərsizləşdirilib.
  • Səudiyyə koalisiyasının Mənbeh, Əl-Şəda və Səhar şəhərlərinə artilleriya hücumları nəticəsində 11 mülki şəxs yaralanıb.

3- Mərib:

  • Ənsarullah Hərib şəhərinin kənarında Səudiyyə koalisiya qüvvələrinin mövqelərinə hücum edib. Bəzi yerli mənbələr Əl-Əmaləqə qüvvələrinin Həribdə mühasirəyə alındığını bildirib.
  • Şərqi Əl-Bəlq və Əl-Fəlihə cəbhələrində Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında toqquşmalar davam edir.

4- Təiz:
Əl-Himə bölgəsindəki qəbilələr Səudiyyə koalisiyasına qarşı xalqı səfərbər etməyə çağıran “Yəmən Fırtınası” kampaniyasına cavab olaraq toplaşaraq öz döyüşçülərini döyüş meydanlarına göndəriblər.

5- Səudiyyə koalisiyasının hava hücumları:
Səudiyyə koalisiyasının qırıcıları son 48 saat ərzində Ənsarullahın nəzarətində olan əraziləri 34 dəfə bombalayıb.
Bu hücumların təfərruatı belə dir: Həccə əyalətində 7 dəfə Hərəz şəhəri və 3 dəfə Midi şəhəri, Mərib vilayətində 10 dəfə Əl-Cəvbə şəhəri, 5 dəfə Əl-Vadi şəhəri və 2 dəfə Sirvah şəhəri, Əl-Cəvf əyalətində 2 dəfə Əl-Mətmə şəhəri, 2 dəfə Xubb və Əl-Şəəf şəhəri, Sənaa əyalətində 2 dəfə Mənaxə şəhəri və Səədə vilayətində bir dəfə Əl-Əcaşir səhrası.

6- Əl-Hudəydə:

  • Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 363 dəfə pozub.
  • Əl-Hudəydə əyalətinin cənubunda yerləşən Əl-Təhita şəhərinin şərqində minanın partlaması nəticəsində üç mülki şəxs şəhid olub.

7- Sənaa:
BMT-nin Yəməndəki humanitar koordinatoru Devid Qrisli Səudiyyə koalisiyasının qırıcı təyyarələrinin bombardmanı zamanı TellYəmən Beynəlxalq Əlaqələr şirkətinin dağıdılmış məntəqəsinə baş çəkib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir