Pakistan: Taliban Çeyş-Muhəmməd terror qruplaşmasının liderini təhvil verməlidir!

Cümə axşamı 15 Sentyabr 2022 - 14:37
https://az.iswnews.com/?p=13235

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi rəsmi məktubla Əfqanıstan Talibanından Çeyş-Muhəmməd terror qruplaşmasının liderini həbs edərək Pakistana təhvil verməyi tələb edib.

Sentyabrın 14-də Pakistan Xarici İşlər Nazirliyi bir məktubda Əfqanıstandakı Taliban hökumətinin rəsmilərindən “Çeyş-Muhəmməd” terror qruplaşmasının lideri “Mövlana Məsud Əzhər”i həbs edib Pakistan hökumətinə təhvil verməyi tələb edib. Pakistan Xarici İşlər Nazirliyi iddia edir ki, Məsud Əzhər Kunar və ya Nənqərhar əyalətində terrorçu qrupların bazalarından birindədir və Taliban onu həbs edib İslamabada təhvil verməlidir.

Digər tərəfdən, Talibanın sözçüsü Zəbihullah Mücahid Pakistanın tələbini qınayıb və “Çeyş-Muhəmməd” terror qruplaşmasının liderinin Əfqanıstanda olmasını təkzib edib. O, Pakistana xəbərdarlıq edərək Talibana qarşı əsassız ittihamların təkrarlanmamasını tələb edib və deyib: “Bu əsassız ittihamlar Əfqanıstan və Pakistan münasibətlərinə mənfi təsir göstərəcək. Əfqanıstan İslam Əmirliyi heç bir silahlı qruplaşmanın Əfqanıstan ərazisində başqa ölkələrə qarşı terror fəaliyyəti həyata keçirməsinə icazə vermir”.

“Çeyş-Muhəmməd” Pakistanda 2000-ci ildən Cammu və Kəşmirin müxtəlif bölgələrində fəaliyyətə başlayan terror qruplaşmasının adıdır. Sələfilik və təkfirçilik siyasəti ilə bu qrup “Ləşkəri-Taibə” və “Sipah Səhabə” terror qruplaşmalarının əsas müttəfiqlərindən biri hesab olunur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir