Azərbaycan və Ermənistan arasında ötən gecə baş verən qarşıdurmaların təfərrüatları + FOTO və VİDEO

Çərşənbə axşamı 13 Sentyabr 2022 - 19:14
https://az.iswnews.com/?p=13118

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ötən gecə sentyabrın 12-də gecə saatlarında Azərbaycan və Ermənistan ordu qüvvələri arasında qarşıdurmalar başlayıb. Ermənistan və Azərbaycan arasında atəşkəs rejimi səhər saat 9-dan etibarən Rusiya tərəfindən həyata keçirilib.

Azərbaycan Respublikası mediaları ötən gecə 12 sentyabr tarixində atəşkəs rejiminin ermənilər tərəfdən pozulması barədə məlumat yayımladılar. Azərbaycan və Ermənistan KİV-lərinin məlumatına görə, hər iki tərəf təmas xəttinə qüvvələr toplayıblar. Erməni mənbələri Azərbaycan ordusuna aid artilleriyanın Qoris, Cermuk, Vardenis və Sotek şəhərlərindəki erməni mövqelərini atəşə tutduğunu bildiriblər. Qoris və Cermukun ağır silahlardan atəşə tutulması ilə bağlı məlumatlar təsdiqlənib. PUA-lardan da istifadə olunub, lakin Azərbaycan silahlı qüvvələrinin şəxsi heyətinin Ermənistan sərhədindən keçməsi barədə olan məlumatlar düz deyil.

Azərbaycan mediaları Ermənistan tərəfini təxribatçılıqda ittiham ediblər. Eyni zamanda Azərbaycana aid bəzi teleqram kanalları Naxçıvana çəkiləcək Zəngəzur dəhlizi barədə olan planların icrasını və Azərbaycan silahlı qüvvələri üçün Türkiyədən texnika ilə dolu 12 hərbi yük təyyarəsi gətirildiyini iddia ediblər.

Qeyd edək ki, Ermənistanın Xocavənddə Azərbaycana məxsus döyüş sursatını vurduğu bildirilir. Erməni mənbələri Azərbaycan ordusuna aid dronların Zəngəzurdakı hərbi hissəyə hücum etdiyini iddia ediblər.

Qoris şəhəri
Ermənistan və Azərbaycan arasında baş verən intensiv atışmalardan görüntülər
Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Qapan şəhərindəki hərbi hissəni atəşə tutmasından
Azərbaycan ordusunun Ermənistan ordusu mövqelərinə artilleriya hücumundan

Hər iki tərəfin nazirliklərinin bəyanatlarını sizə təqdim edirik:

Azərbaycan Müdafiə Nazirliyi:
“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib”.

Ermənistan Müdafiə Nazirliyi:
“Sentyabrın 13-də Azərbaycan silahlı qüvvələrinin bölmələri Qoris, Sotek və Cermuk istiqamətində Ermənistan ərazisindəki mövqelərini artilleriya və iriçaplı silahlardan intensiv atəşə tutmağa başlayıb. Düşmən pilotsuz təyyarələrdən də istifadə edib”.

Azərbaycan Respublikasının artilleriya və dronlarının Ermənistana hücumunun xəritəsi – Rusdilli kanallara istinadən

Ermənistan hökuməti elan edib ki, baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Azərbaycan Respublikası ilə ötən gecə baş verən atışmanın təfərrüatlarını ona çatdırıb.

Erməni mənbələrinin məlumatına görə, Zəngəzurun (Qapan) bəzi kəndləri və Sotek şəhərindəki Geqarkonik məntəqəsinin əhalisi boşaldılıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi: “Ordumuz düşmənin 1 hərbi hissəsini, 1 radiolokasiya stansiyasını və 2 S-300 zenit-raket kompleksini məhv edib”.

Həmçinin Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan və Azərbaycan arasında atəşkəs bu gün 13 sentyabr tarixində səhər saat 9-dan etibarən Rusiya tərəfindən həyata keçirilib.

Beləliklə Fransa Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı BMT Təhlükəsizlik Şurasını təcili iclas təşkil etməyə çağırıb. Əlavə edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla toqquşmalarda azı 49 erməni həlak olub.

Cermuka olan hücumlardan – Erməni mənbələri: Mülki infrastruktur atəşə tutulub.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə doğru irəliləmək cəhdlərindən birinin videosunu yayıb.
18 yaşdan aşağı olan şəxslərə baxmaq tövsiyə olunmur – Ermənistan ordusunun verdiyi itkilərdən yeni görüntülər

Rusiya Xarici İşlər Nazirliyi: Moskva Ermənistan və Azərbaycandan vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə hörmət etməyə çağırır.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir