Suriyada baş verən son hadisələr, 10 Sentyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, terrorçular İdlibin cənubunda yerləşən Kəfərnubbul cəbhəsindəki Suriya ordusunun qərargahlarından birini tank əleyhinə idarə olunan raketlə hədəfə alıblar.
1- Hələb:
– Sentyabrın 9-da Hələb vilayətində yerləşən Cerablus şəhərində bomba yüklü avtomobilin partlaması nəticəsində iki nəfər həlak olub.
– Sentyabrın 9-da Hələb hava limanı yenidən işə salındıqdan sonra Mahan Air şirkətinin Airbus A300 təyyarəsi bu hava limanına eniş etdi.
– Sentyabrın 10-da Hələbin qərbində yerləşən Kəfr Təal kəndindəki terrorçuların Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Sentyabrın 10-da Türkiyə ordusuna məxsus dörd “Bayraktar” dronu Hələbin qərb əraziləri üzərində uçuşu müşahidə olunub.
2- İdlib:
– Sentyabrın 10-da İdlibin cənubunda yerləşən Deyr Sünbül və Bənin bölgələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– Sentyabrın 9-da terrorçular İdlibin cənubunda yerləşən Kəfərnubbul cəbhəsindəki Suriya ordusunun qərargahlarından birini tank əleyhinə idarə olunan raketlə hədəfə alıblar. Bu hücum nəticəsində Suriya ordusunun qüvvələrindən biri ağır yaralanıb.
– Sentyabrın 8-də İdlibin cənubunda yerləşən Hərəş Bənin bölgəsindəki terroçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– Sentyabrın 8-də Rusiya qırıcı təyyarələri İdlibin şimal-qərbində yerləşən Həfsərcə qəsəbəsi kənarındakı terrorçuların mövqelərini hədəfə alıblar.
– Sentyabrın 8-də Rusiya qırıcı təyyarələri İdlibin qərb kənarında yerləşən Şeyx Yusif kəndinin kənarındakı terrorçuların mövqelərini hədəfə alıblar.
– Sentyabrın 7-də Suriya ordusunun bir əsgəri İdlib cəbhəsində şəhid olub. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
3- Dəraa:
– Sentyabrın 8-də Suriya ordusunun kəşfiyyat dronlarının Casim şəhəri üzərində uçduğu müşahidə edilib.
– Sentyabrın 7-də Muzəyrib şəhərində İŞİD terror qruplaşması ilə əməkdaşlıqda ittiham olunan şəxslərdən Fadi Macid Əs-Səəd naməlum silahlı şəxslər tərəfindən öldürülüb.
4- Deyr əz-Zor:
Sentyabrın 9-da Amerika koalisiya qüvvələri Bəsirə şəhərində patrul xidməti edib.
5- Raqqa:
Sentyabrın 10-da Rusiya ordusunun hava təchizatları Raqqanın cənub-qərbindəki Rəssafa bölgəsi üzərində uçuşlar keçirib.
6- Həsəkə:
– Sentyabrın 9-da Türkiyə ordusunun dronları Təll-Təmər şəhərinin kənarında yerləşən Təvilə kəndi yaxınlığında Suriya Demokratik Qüvvələrinə (SDQ) aid qərargahı hədəfə alıb.
– Sentyabrın 9-da ABŞ terrorçularının Qərbi Asiyadakı qərargahının (CENTCOM) komandiri general Maykl Kuriella Əl-Hul düşərgəsinə səfər edib.
– Sentyabrın 9-da Ceyşül-Vətani terrorşuları “Saleh Əl-Bukur” və “Əli Əl-Kənəc” adlı iki üzvü Rəəs Əl-Eyn cəbhəsində kürd silahlıları ilə toqquşma zamanı öldürülüb.
– Suriya Demokratik Qüvvələri Amerika koalisiyasının bir sıra zabit və qüvvələrinin iştirakı ilə Suriya, İraq və Türkiyə arasında sərhəd üçbucağında yerləşən Malikiyyə şəhərinin kənarında hərbi təlim keçirib.
Daha çox oxuyun: SDQ və Amerika koalisiyası qüvvələri Suriyanın şimal-şərqində birgə təlim keçiblər + FOTO
7- Sentyabrın 9-da Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində 3 dəfə atəşkəs rejimini pozublar, onlardan 2-si İdlib vilayətində, 1-i isə Hələb əyalətində baş verib.
Rəy