Suriyada baş verən son hadisələr, 7 Sentyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyasına məxsus casus dron Deyr əz-Zor əyalətində yerləşən Əz-Zəman kəndində naməlum səbəbdən qəzaya uğrayıb.
1- Hələb:
– Sentyabrın 6-da İsrail rejimi qırıcıları Aralıq dənizi istiqamətindən Latakiyanın qərbindən bir neçə raket ataraq Hələb hava limanına hücum ediblər. Bu hücum uçuş-enmə zolağına ziyan vurması və bu hava limanında növbəti bildirişə qədər uçuşların dayandırılması ilə nəticələndi.
Daha çox oxuyun: Sionist rejimi Suriyaya hava zərbələri endirib
– Sentyabrın 7-də Şəhba bölgəsindəki Umm Əl-Huş kəndi Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumuna məruz qalıb.
2- İdlib:
– Sentyabrın 4-də Suriyanın İdlib vilayətinin cənubunda yerləşən Səraqib cəbhəsində Rusiyaya məxsus Orlan-10 dronu qəzaya uğrayıb. Bildirilir ki, bu, son bir ayda İdlib vilayətində qəzaya uğrayan ikinci Orlan-10 dronudur.
– Sentyabrın 5-də İdlib vilayətinin cənubunda yerləşən Kansafra kəndində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Sentyabrın 7-də İdlibin cənubunda yerləşən Kansafra və Hərəş Bənin bölgələrində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
Sentyabrın 6-da Suriyanın təhlükəsizlik qüvvələrindən biri Muzirib şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
4- Deyr əz-Zor:
– Sentyabrın 6-da Amerika koalisiya qüvvələri Bəsirə şəhərində patrul xidməti edib.
– Sentyabrın 4-də Amerika koalisiyasına məxsus casus dronu Əz-Zəman kəndində qəzaya uğradı. Bu dronun qəzaya uğramasının səbəbləri barədə məlumat yoxdur.
5- Raqqa:
Sentyabrın 7-də Raqqanın şərqində yerləşən Əl-Kəramə bölgəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) maşınının yolunda yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində SDQ qüvvələrindən biri ölüb, dördü isə yaralanıb.
6- Həsəkə:
– Sentyabrın 7-də Türkiyənin dəstəklədiyi terrorçular Suriya Demokratik Qüvvələrinin (SDQ) “Təll-Təmər” şəhərinin kənarındakı “Təl-Təvil” kəndindəki mövqelərini hədəfə alıb.
– Sentyabrın 4-də Suriya Demokratik Qüvvələri (SDQ) Əl-Hul düşərgəsində təxminən 14 nəfəri İŞİD terror qruplaşması ilə əlaqədə olmaq ittihamı ilə həbs edib.
7- Homs:
Sentyabrın 5-də Homs əyalətinin Əl-Qəsir məntəqəsi ətrafında Əd-Dəbəə kəndində minanın partlaması nəticəsində üç suriyalı uşaq həlak olub.
8- Sentyabrın 5-də İranın vitse-prezidenti və İnzibati və Məşğulluq Təşkilatının rəhbəri Meysəm Lotfi bu Suriyanın xarici işlər naziri Feysəl Əl-Miqdad ilə görüşüb müzakirələr aparıb.
9- Sentyabrın 6-da Türkiyənin Müdafiə Nazirliyi Fərat Qalxanı və Zeytun Budağı əməliyyat bölgələrində 7 kürd silahlısının həlak olduğunu bildirdi.
Rəy