Ənsarullahın Səudiyyə koalisiyasının Məribdəki bazalarına ən ağır raket hücumunun ildönümü! + FOTO
4 sentyabr 2015-ci ildə Ənsarullahın Mərib şəhəri ətrafında Səudiyyə koalisiyasının 107-ci piyada briqadası və Mənsur Hadi qüvvələrinin bazasına ağır raket hücumu zamanı bu qüvvələrdən 260-dan çoxu öldürülmüş və yaralanmışdır. Bu ağır zərbə Səudiyyə koalisiyasının Mərib cəbhələrində qüvvə və texnikalarının quruluşunu dəyişməsinə səbəb olmuşdur.
Səudiyyə koalisiyasının Yəmənə quru hücumunun başlamasından bir neçə ay keçdikdən sonra Səudiyyə koalisiyasına daxil olan ölkələr Mərib əyalətinin qərb bölgələrinə nəzarət etməyə və daha sonra irimiqyaslı hərbi qüvvələr göndərərək Sənaa vilayətinə daxil olmağa çalışmışdılar. Bununla əlaqədar Mərib ətrafında koalisiya əsgərlərinin yerləşdirilməsi üçün müxtəlif hərbi bazalar yaradılmışdır ki, onlardan biri də Safer neft yatağı yaxınlığındakı 107-ci piyada briqadasının bazası idi. Bu zaman Ənsarullah bir neçə ballistik raket ataraq Səudiyyə koalisiyasının ordusunu və canlı qüvvələrini hədəfə aldı və 4 sentyabr 2015-ci ildə bir və ya bir neçə Tuchka-u raketi ilə 107-ci piyada briqadasının bazasını Safer bölgəsi yaxınlığında vuraraq koalisiya avadanlıqlarının bir hissəsini məhv etdi və Səudiyyə koalisiyası qüvvələrinin 260-dan çox üzvü öldü və yaralandı.
Səudiyyə koalisiyasına üzv ölkələrin rəsmi açıqlamalarına görə, bu hücum zamanı koalisiya ölkələrinin hərbçilərindən 52-si BƏƏ-dən, 32-si Mənsur Hadinin qüvvələrindən, 10-u Səudiyyə Ərəbistanından və 5-i Bəhreyndən olmaqla, azı 99 nəfər öldürüldü. Təbii ki, bu statistik məlumatı vəziyyətlə bağlı daha müfəssəl məlumatlara malik olan yerli medialar təkzib etdi və Mənsur Hadinin qüvvələrinin itkiləri 150-dən çox, BƏƏ-dən isə 80-dən çox, Mərakeş və digər ölkələrdən bir neçə nəfər olduğu bildirildi.
Bütövlükdə bu hücum Səudiyyə koalisiyasına ağır zərbə oldu və Səudiyyə koalisiyasının Mərib cəbhəsində quruluşunun dəyişməsinə və bu bazalarda Patriot da daxil olmaqla müxtəlif müdafiə sistemlərinin yerləşdirilməsinə səbəb oldu. Bu zərbəni alan səudiyyəlilər və BƏƏ-lilər Ənsarullahın raketlərinin təhlükəsini anladılar və bundan sonra Sənaa və Yəmənin digər şəhərlərində Ənsarullahın raket gücünü məhv etmək üçün çoxlu bombardmanlar həyata keçirdilər.
Rəy