Amerika Suriyanın şimal-şərqində yeni hərbi baza tikib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyası Qamışlı ətrafında Niqara kəndi yaxınlığında yeni hərbi baza yaradıb.
Amerika koalisiyası Suriyadakı Həsəkə vilayətinin Qamışlı şəhərindən 3 kilometr cənub-qərbdə yerləşən Niqara kəndində yeni hərbi baza tikib. Amerika koalisiyasının Himu kəndi və Təll-Faris bölgəsindəki iki hərbi bazasından sonra bu, Qamışlı şəhəri ətrafında üçüncü Amerika hərbi bazasıdır.
Nəzərə alsaq ki, Niqara yeni yaradılmış baza və Təll-Faris bazası Qamışlı hava limanı yaxınlığında yerləşir, Amerika koalisiyası bu hava limanında rus hərbçilərinin hərəkətlərini izləmək iqtidarındadır.
Son bir neçə ildə Rusiya ordusu bu bazada radarlar, hava hücumundan müdafiə sistemləri, hər növ qırıcı, helikopter və digər hərbi texnika yerləşdirib və faktiki olaraq Qamışlı hava limanını Suriyanın şimal-şərqindəki əsas bazasına çevirib.
Rusiya qüvvələrinin Qamışlıdakı fəaliyyətləri və Suriyada Rusiya ilə ABŞ arasında gizli qarşıdurmanın kölgəsində Rusiya qüvvələrinin hərəkətlərinə Amerikanın nəzarətinin artırılması kimi digər məsələlər Amerika koalisiyasının Qamışlı hava limanı yaxınlığında yeni baza tikməsinə səbəb olub.
Ötən aylarda Amerika koalisiyası Suriyanın şimal-şərqində yeni bazalar tikməklə və daha çox texnika, o cümlədən ağır silahlar yerləşdirməklə mövcudluğunu genişləndirib. Rəsmi olaraq Birləşmiş Ştatlar Suriyada mindən az Amerika əsgərinin olduğunu iddia etsə də, faktiki rəqəmlərin daha çox olduğu görünür.
Rəy