İranla mübarizə aparmaq üçün regionda Vahid Müdafiə Şəbəkəsi yaranıb

Bazar 4 Sentyabr 2022 - 12:35
https://az.iswnews.com/?p=12663

Vahid Müdafiə Şəbəkəsi planı bəzi ərəb ölkələri ilə normallaşma prosesindən sonra ilk dəfə olaraq sionist rejimin bəzi rəhbərləri tərəfindən təklif edildi. Bu plan Trampın Yaxın Şərq Strateji Alyansı (MESA) (Middle East Strategic Alliance (MESA)) adlı planıdır. Vahid Müdafiə Şəbəkəsi planı Ərəb NATO-su adlı planın yeni variantı sayıla bilər, lakin yeni planda İsrail də bu plana daxil olur. Görünür, bu plan Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin bu ilin iyulunda Səudiyyə Ərəbistanına son səfərindən sonra əməli mərhələyə daha yaxındır.

ABŞ İsrailin daha geniş Yaxın Şərq regionuna inteqrasiyasını qətiyyətlə dəstəklədiyini və İsraillə bəzi ərəb ölkələri arasında hərbi ittifaqın yaradılması ilə Yaxın Şərq regionunun böyük dəyişikliklər astanasında olacağını gözlədiyini bəyan edib.

Layihədə iştirak edən ölkələr hələlik dəqiq məlum deyil. Amma İbranicə nəşr olunan şəkillərə görə; Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, İsrail və ABŞ bu planda iştirak edir və bu planın komandanlığı Qətərdə yerləşir.

Bu sistem İranın hava təhdidləri və müqavimət cəbhəsi ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın media olan Nournews da elan edib: “Əgər regionda Vahid Müdafiə Şəbəkəsi planının yaradılması İranın təhlükəsizliyini hər hansı şəkildə təhlükə altına alarsa, İran, mütləq ən yaxın və əlçatan hədəflərə ilkin qətiyyətli cavab verəcək”.

Müqavimət cəbhəsi və İran ümumiyyətlə hava mövzusunda 4 əsas silaha malikdir, bunlar raketlər, ballistik raketlər, qanadlı raketlər və dronlardır. Bunlar bölgədəki Yəmən müharibəsində, Amerika və İsrailin bazalarına hücumlarda, gəmilərlə mübarizədə öz gücünü göstərmiş və İbrani-Ərəbi-Qərbi koalisiyasının müdafiə sistemləri onlarla tam şəkildə mübarizə apara bilməməsinə səbəb olmuşlar.

Bölgədəki İbrani-Ərəbi-Qərbi müdafiə sistemləri hazırda platforma əsaslı sistem kimi fəaliyyət göstərir və bu planla (Vahid Müdafiə Şəbəkəsi) şəbəkə əsaslı sistemə çevriləcək. Bu planın yaradılması daha sürətli reaksiya, hazırlıq və fəaliyyət sahəsində daha effektivliyə səbəb olacaq.

Amerika yəqin ki, bu planı gücləndirmək üçün bölgəyə daha yeni müdafiə sistemləri göndərəcək və dərc edilən görüntülərə görə, bu planın bir hissəsi gəmilərlə əhatə olunacaq. Beləliklə, gəminin regional sulara göndərilməsi ehtimalı var.

İranın mümkün reaksiyası nə ola bilər?

Birinci mərhələdə İran bir və ya bir neçə raket və dron nailiyyətlərini üzə çıxarmaqla və müqavimət cəbhəsini daha yeni və daha səmərəli hücum silahları ilə təchiz etməklə müqavimət cəbhəsini mükəmməl şəkildə gücləndirə bilər.

İkinci mərhələdə müqavimət cəbhəsinin, xüsusilə Suriyanın müdafiəsini elə gücləndirmək ki, bu müdafiəyə (Vahid Müdafiə Şəbəkəsi) qarşı regional müdafiə şəbəkəsi yaradılsın.

Üçüncü mərhələ isə bu müdafiə sisteminə (Vahid Müdafiə Şəbəkəsi) qarşı kiber, təhlükəsizlik və hərbi əməliyyatların həyata keçirilməsidir.

Həmçinin Qətər kimi bəzi ölkələri bu planda iştirakdan çəkindirmək üçün diplomatik əlaqələrdən istifadə edilməlidir.

Bu müdafiə şəbəkəsi İranın milli maraqları üçün ciddi təhdid və müqavimət cəbhəsi üçün təhlükə olacaq. Həmçinin bu şəbəkənin formalaşması bölgənin mümkün alovlanmasına və müqavimət cəbhəsi və İranla İbrani-Ərəbi-Qərbi koalisiyası ilə qarşıdurmaya səbəb olacaq.

Müəllif: Seyyed Mohəmməd Hoseyn Musəvi İrai

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir