Suriyada baş verən son hadisələr, 30 Avqust 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyada müqavimət cəbhəsi ilə Amerika ordusu arasında qarşıdurmaların şiddətlənməsinin davamında Amerika koalisiyasına aid 80-dən çox yük maşını İraq Kürdüstanı və qeyri-qanuni Əl-Vəlid keçid məntəqəsindən bu ölkədəki Amerika bazalarına daxil olub.
1- Hələb:
– Avqustun 29-da Təll-Rəəfət şəhəri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumuna məruz qalıb.
– Avqustun 27-də Maare şəhərindəki hədəflər kürd silahlılarının raketləri ilə hədəfə alınıb.
2- İdlib:
– Avqustun 30-da İdlibin cənubunda yerləşən “Əl-Barə”, “Sfohan”, “Afes” məntəqələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 29-da İdlib vilayətində terrorçuların iki üzvü öldürülüb.
– Avqustun 27-də Ğaniyə kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
3- Dəraa:
– Avqustun 30-da Suriya təhlükəsizlik qüvvələri Dəraa şəhərinin kənarında İŞİD terror qruplaşmasının tərk etdiyi çoxlu sayda silah-sursat aşkarlayıb.
– Avqustun 26-da Dəraa vilayətində Suriya ordusunun əsgəri şəhid oldu. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
4- Deyr əz-Zor:
– Avqustun 30-da naməlum silahlı şəxslər Suriya Demokratik Qüvvələrinin (SDQ) Bəsirə şəhərindəki keçid məntəqəsini hədəfə alıblar.
– Avqustun 27-də Deyr əz-Zorun şimalındakı Əs-Sur qəsəbəsinin sakinlərindən biri “Yasin Əl-Bilal Ən-Nasir” Suriya Demokratik Qüvvələri (SDQ) ilə əməkdaşlıqda ittiham olunaraq İŞİD tərəfindən öldürülüb.
5- Raqqa:
– Avqustun 27-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn İsa şəhərinin ətrafını hədəf alıblar.
– Avqustun 28-də Raqqanın qərbində Təbqə hərbi hava limanı yaxınlığında partlayıcı tələnin partlaması nəticəsində Suriya ordusunun qüvvələrindən biri şəhid olub.
6- Həsəkə:
– Avqustun 28-də Həsəkənin cənubunda Əş-Şəddadi və Merkade arasında yolda Suriya Demokratik Qüvvələrinin (SDQ) maşınının yolunda yol kənarına yerləşdirilən bomba partladı. Bu hadisə nəticəsində ölənlər barədə məlumat yoxdur.
– Avqustun 28-də Amerika koalisiya qüvvələri Remilan ərazisində patrul xidməti edib.
– Avqustun 27-də Həsəkə şəhərinin şimalında yerləşən Təll Əl-Ləbən kəndində kürd silahlı birləşmələrinin mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumlarına məruz qalıb.
7- Dəməşq :
Avqustun 29-da Suriya ordusunun qüvvələrindən biri Dəməşq əyalətinin Qətifə bölgəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
8- Həma:
Avqustun 30-da Suriya ordusu Həmanın Əl-Ənkavi və Qəlidin kəndlərindəki terrorçuların mövqelərini artilleriya hücumları ilə hədəfə alıb.
9- Amerika koalisiyasına aid 80-dən çox yük maşını İraq Kürdüstanı sərhədindən və qeyri-qanuni Əl-Vəlid keçidindən Suriyadakı Amerika bazalarına daxil olub.
10- Avqustun 28-də 5000 ton mazut (xam neft məhsullarından biri) daşıyan İran gəmisi Suriyanın Banias limanına çatıb.
11- Avqustun 28-də Rusiyanın Suriyadakı barışıq mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində 3 dəfə atəşkəsi pozublar, bunlardan 1-i Latakiya vilayətində, 2-si isə Hələb vilayətində baş verib.
Rəy