İraqda baş verən son hadisələr, 29 Avqust 2022

Bazar ertəsi 29 Avqust 2022 - 20:37
https://az.iswnews.com/?p=12449

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Sədr Hərəkatının lideri Müqtəda Sədr bəyanat yayaraq, son olaraq siyasi fəaliyyətindən çəkildiyini və Sədr Hərəkatına bağlı bütün ofis və qurumları bağladığını bəyan edib.

1- Bağdad:
– Avqustun 28-də İraq prezidenti Bərhəm Saleh və baş nazir Mustafa Əl-Kazimi Bağdadın Əs-Səlam sarayında görüşərək bu ölkədəki siyasi böhrana son qoymaq üçün ciddi və təsirli dialoqun vacibliyini vurğulayıblar.
– Avqustun 29-da baş verən hadisələr:

– İraqın Birgə Əməliyyatlar Komandanlığı Bağdadda komendant saatı elan edib. Buna əsasən, komendant saatı bu gün yerli vaxtla saat 15:30-da avtomobillər və vətəndaşlar üçün başlayıb.

– İraqın Sədr hərəkatının lideri Müqtəda Sədrin tərəfdarları Bəsrənin Əl-Ərusə meydanında toplaşıb.

– Bu gün Bağdad səmasında Amerika hava təchizatlarının uçuşu müşahidə olunub.

– İraqın Sədr hərəkatının lideri Müqtəda Sədrin tərəfdarları bu ölkənin prezident sarayına daxil olublar.

– BMT-nin İraqdakı maşınları Bağdadın Yaşıl Zonasını tərk edib.

– Amerika helikopterləri Amerikanın Bağdaddakı səfirliyinin bir neçə əməkdaşını naməlum yerə köçürüb.

– Bu şəhərdə komendant saatı elan edildikdən sonra Bağdad küçələrinin şəkli.

– Son saatlarda İraqda baş verən hadisələrdən sonra İranın Bağdaddakı səfirliyi İraq hökumətinin tətbiq etdiyi komendant saatı səbəbindən Kərbəla, Nəcəf və Kazimeyn şəhərlərində olan bütün iranlı zəvvarlar və soydaşlarından xahiş edib ki, növbəti bildirişə qədər Bağdad, Kazimeyn və Samirra şəhərlərinə səfər etməkdən çəkinin.

– İranın Gömrük Nazirliyi İranla İraq arasında olan dörd quru gömrüyün növbəti bildirişə qədər bağlandığını elan edib.

– İraqda baş verən son hadisələr və Müqtəda Sədr tərəfdarlarının anti-təhlükəsizlik fəaliyyətlərindən sonra Kazimeyn (ə) hərəmi zəvvarların üzünə bağlanıb.

– Tehranın İmam Xomeyni Hava Limanının ictimaiyyətlə əlaqələr üzrə menecerinin sözlərinə görə, Bağdad hava limanında xüsusi şərait yaradılıb və hazırda İrandan bu hava limanına uçuşlar həyata keçirilmir.

– İran Daxili İşlər Nazirliyinin təhlükəsizlik zabitinin müavini və Ərbəin mərkəzi qərargahının rəhbəri bildiriblər ki, İraqda baş verən iğtişaşlar və komendant saatı qaydalarına görə, İranın İraqdakı səfirliyi ziyarət şəhərlərində komendant saatı ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, İranlı zəvvarların təhlükəsizliyinin qorunması bizim üçün prioritet məsələ olduğundan, əziz həmvətənlərimizin növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq İraqa səfərdən çəkinmələri zəruridir.

2- Neynəva:
Neynəva əyalətindəki Həşd-Şəəbi təşkilatının əməliyyat qərargahı İŞİD terror qruplaşmasına qarşı etdikləri pusqu nəticəsində İŞİD-in 4 cəbhə komandirinin həlak olduğunu açıqlayıb.

3- Süleymaniyyə:
Avqustun 28-də İraqın Kürdüstan bölgəsinin təhlükəsizlik qüvvələri Qadir Kərəm bölgəsində atəş açılmazdan əvvəl Kormor qaz yatağına atılmağa hazır bir neçə raket aşkar edərək raket hücumunun qarşısını alıblar.

Daha ətraflı: Kormor qaz yatağına olan raket hücumu zərərsizləşdirilib + FOTO

4- Kərkük:
Avqustun 27-də İraqın Təhlükəsizlik Xidməti Kərkükdə “Polad İradə” əməliyyatının altıncı mərhələsinin başladığını elan edib. Bu əməliyyatda İraq Hərbi Hava Qüvvələrinin qırıcıları təyin edilmiş hədəflərə hava zərbələri endiriblər.

5- Əl-Ənbar:
Avqustun 26-da İraqın Təhlükəsizlik Xidməti elan edib ki, İraqın F-16 qırıcıları kəşfiyyat orqanlarından ətraflı təhlükəsizlik məlumatı aldıqdan sonra Hubab bölgəsinin şimalındakı “Əbu Muqanir” məntəqəsi yaxınlığında İŞİD terrorçularının mühüm qərargahını iki hava hücumu ilə bombalayıblar. Bu hücumda bir neçə İŞİD ünsürü öldürülüb.

6- Diyalə:
Avqustun 26-da Kənan məntəqəsinin cənubunda yerləşən Əl-Bicat kəndində İŞİD ünsürlərinin İraq ordusunun qərargahına hücumu nəticəsində 7 İraq əsgəri şəhid olub və yaralanıb.

7- Mesyan:
Avqustun 28-də Meysan vilayətinin mərkəzi Əl-İmarə şəhərində İraq parlamentinin üzvü Raid Əl-Malikinin evi silahlı hücuma məruz qalıb. Bu hücumda itki olmayıb.

8- Avqustun 27-də İraq parlamentinin sədri Məhəmməd Əl-Həlbusi daha əvvəl bir qrupun prezident seçkiləri üçün lazımi miqdar iştirakçının toplanmasına mane olduğuna işarə edərək, bu gün başqa bir qrupun da toplantının keçirilməsinə mane olduğunu bildirərək hər iki qrupun qanuna istinad etdiklərini vurğulayıb.

9- Avqustun 28-də Amerika koalisiyasına aid 80-dən çox yük maşını İraq Kürdüstanı sərhədindən və qeyri-qanuni Əl-Vəlid keçidindən Suriyadakı Amerika bazalarına daxil olub.

10- Avqustun 27-də İraqın baş naziri Mustafa Əl-Kazimi bütün siyasi partiya və qruplara xitabən etdiyi çıxışda deyib: Hər kəs öz tələblərindən əl çəkməli və bir-biri ilə danışmalıdır ki, ölkənin əmin-amansız olmasının qarşısını alsın.

11- Avqustun 29-da İraqın Sədr Hərəkatının lideri Müqtəda Sədr bəyanat yayaraq, siyasi fəaliyyətdən son olaraq geri çəkildiyini və Sədr Hərəkatına bağlı bütün ofis və qurumları bağladığını elan etdi.

12- Kətaib Hizbullahın təhlükəsizlik zabiti Əbu Əli Əl-Əskəri keçən həftə Kətaib Hizbullahın İraq və Suriyadakı Amerika bazalarına hücumu ilə bağlı iddiaları təkzib etdi.

13- Avqustun 29-da İraqın xarici işlər naziri Fuad Hüseyn İran İslam Respublikası rəsmiləri ilə görüşmək üçün Tehrana səfər edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir