Həccənin şimalında baş verən son hadisələr, 14 Fevral 2022
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullah Həccə vilayətinin şimalında yerləşən Hərəz şəhərinin mühasirəsini yardı.
Həccənin şimal cəbhəsindən alınan son xəbərlərə görə, Ənsarullahın Hərəz şəhərinin mühasirəsini yarmaq üçün hücumları fevralın 11-dən dünən axşam saatlarına qədər davam edib. Nəhayət, Səudiyyə koalisiyası şəhərin şərq hissəsindən geri çəkilməyə məcbur olub və Ənsarullah qüvvələrinin şəhərdəki mühasirəsi yarılıb.
Hazırda Əl-Məhsam bazası, Cəbəl Əl-Məhsam, Əl-Husila, Əl-Avcara və Əl-Rahə kəndləri Səudiyyə koalisiyasının nəzarətindən çıxıb, Cəbəl-Hiccə və Ahim üç yol ayrıcılığı ətrafındakı kəndlərdə qarşıdurmalar davam edir.
Səudiyyə koalisiyasının qırıcı təyyarələri də münaqişə başlayandan bəri Hərəz cəbhələrini 101 dəfə bombalayıb.
Ənsarullah hazırda diqqətini Əl-Məzrəq yolundakı qarşıdurmalara yönəldib və Əl-Hiccə, Əl-Şəbəkə və Əl-Nar yüksəkliklərinin azad edilməsi Ənsarullahın bu istiqamətdə növbəti addımları ola bilər.
Daha çox oxuyun:
Rəy