İran İslam Respublikası Ordusunun birgə 1401 dron təlimi + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikası Ordusunun birgə 1401 dron təlimi 24 avqust tarixində İranın cənubunda Fars körfəzindən Oman dənizinəcən, həmçinin İranın şərq, qərb, şimal və mərkəzində 150-dən çox dronla başlayıb.
Avqustun 24-də İran İslam Respublikası Ordusunun birgə 1401 dron təlimi İran ordusunun dörd qüvvəsi və ölkənin şimal, cənub, qərb və mərkəzindəki birgə müdafiə bazalarının iştirakı ilə 150-dən çox drondan istifadə etməklə başlayıb.
Bu təlimin ilk günündə müşahidə və kəşfiyyat dronları təlimin ümumi ərazisində ölkə sərhədlərinin monitorinqi və nəzərdə tutulmuş hədəflərin müəyyən edilməsi əməliyyatını uğurla həyata keçiriblər.
Ordunun birgə dron təliminin sözçüsü kontr-admiral Seyid Mahmud Musəvinin verdiyi məlumata görə, hədəfləri müəyyən etmək, həmçinin istənilən əraziləri izləmək və təqib etmək üçün Yasir, Sadiq, Pelikan, Əbabil 3, Yəzdan və Mühacir 6 dronları təlimin ilk günündə sərhədlər və beynəlxalq sulara göndərilib və uçublar.
Əsas mərhələnin davamında və bu təlimin ikinci günündə Kaman, Mühacir və Əbabil dronları İran istehsalı olan dəqiq təyinatlı sursatlardan istifadə edərək, o cümlədən, Qaim bombaları, Almaz raketləri və MK-82 bombaları ümumi təlim ərazisində hədəfləri hədəfə alıblar. Onlar düşmənin idarəetmə mərkəzlərinə, yanacaq çənlərinə, sursat anbarlarına, radar və raket sistemlərinə, insanların toplaşdığı yerlərə bənzədilmiş və simulyasiya edilmiş hədəflərini diqqətlə vurublar.
Tərkibli əməliyyatda “Əbabil 4” dronu radar hədəfini müəyyən edib, müvafiq məlumatı rabitə platformalarına və radiyasiya əleyhinə olan “Omid” dronuna göndərib və bu hədəf “Omid” dronu tərəfindən uğurla vurulub.
Ordunun birgə dron təliminin sözçüsü kontr-admiral Seyid Mahmud Musəvi “Bir Güllə – Bir Hədəf” strategiyasını vurğulayarkən deyib: “Süni intellektdən istifadə edərək birlikdə uçmaq bacarığı bu sahədə yeni nailiyyətlərdən biridir. Xüsusilə məhvetmə tapşırıqlarının icrası sahəsində əməliyyat imkanları və özünəməxsus taktika gətirən İran İslam Respublikası Ordusunun dronları və bu nailiyyətlər ölkənin gənc alim və mütəxəssislərinin səyləri nəticəsində əldə olunub”.
Kontr-Admiral Musəvinin sözlərinə görə, iki günlük bu təlim 25 avqust tarixində başa çatacaq.
Rəy