Yəməndə baş verən son hadisələr, 13 Fevral 2022
Bazar 13 Fevral 2022 - 23:58
https://az.iswnews.com/?p=1211
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin verdiyi xəbərə görə, Əl-Hudəydə əyalətinin cənubunda mina partlaması nəticəsində 4 mülki şəxs şəhid olub və yaralanıb.
1- Əl-Həccə:
- Ənsarullahın Hərəz şəhərinin mühasirəsini yarmaq üçün etdiyi hücumlar Səudiyyə koalisiya qüvvələrinin Əl-Məhsam bazasından və ətraf kəndlərdən geri çəkilməsinə səbəb olub. Amma Hərəz ətrafında qarşıdurmalar davam edir və iki tərəfin ərazilər üzərində nəzarəti hələdə müəyyən edilməyib.
- Hazırda Cəbəl Əl-Hiccə, Cəbəl Əl-Məhsam, Əl-Məhsam bazası, Əl-Husila kəndi, Əl-Əvcəra və Ər-Rahə məntəqələri Ənsarullah mücahidlərinin nəzarəti altındadır.
2- Səudiyyə koalisiyasının hava hücumları:
Səudiyyə koalisiyasının qırıcı təyyarələri son 48 saat ərzində Ənsarullahın nəzarətində olan əraziləri 38 dəfə bombalayıb.
Bu hücumlar aşağıdakılardır: Həccə əyalətində 26 dəfə Hərəz şəhəri, Səna əyalətində 3 dəfə Bəni Həşiş şəhəri, bir dəfə Bəni Mətər şəhəri, 2 dəfə Əl-Səvrə şəhəri, bir dəfə Əl-Səbin şəhəri, Səədə əyalətində 3 dəfə Razih şəhəri, iki dəfə Kətaf və Əl-Zahir şəhərləri.
3- Əl-Hudəydə:
- Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində Əl-Hudəydə əyalətində 523 dəfə atəşkəsi pozub.
- Əl-Təhita şəhərinin Əl-Musəlləb kəndində minanın patlaması nəticəsində bir mülki şəxs şəhid olub, üç azyaşlı uşağı yaralanıb.
4- Səədə:
- Səudiyyə koalisiyasının artilleriyasının Əl-Şəda və Əl-Raqu şəhərlərinə hücumları nəticəsində bir mülki şəxs şəhid olub, beş nəfər isə yaralanıb.
- Ənsarullah Ələb keçidinin cənubunda Səudiyyə koalisiya qüvvələrinin hücumunu dəf edib.
Rəy