Sionistlərin Nablusa hücumları nəticəsində 1 nəfər şəhid və 70 nəfər yaralnıb + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilindəki Nablus şəhərinə hücumu nəticəsində 1 fələstinli şəhid olub, ən azı 70 nəfər yaralanıb.
Avqustun 18-də səhər saatlarında sionist rejim hərbçiləri İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində Həzrət Yusifin (ə) məqbərəsinə basqın edərək, Həzrət Yusifin (ə) məqbərəsində sionist mühacirlərin oraya gəlmələri üçün hazırlıq görməyə hazırlaşıblar.
Fələstinin Fəth Hərəkatının hərbi qolu olan Əl-Əqsa Şəhidləri taborları qüvvələri İsrail əsgərlərinə atəş açıb, İsrail 14 telekanalının məlumatına görə, bir neçə güllə sionist əsgərlərin avtomobilinin ön şüşəsinə dəyib. Bu kanal bu atışma zamanı heç bir İsrail əsgərinin zərər görmədiyini iddia edib.
Münaqişənin davamında İsrail qüvvələri fələstinlilərə qarşı gözyaşardıcı qaz və canlı güllələr ataraq 19 yaşlı “Vəsim Xəlifə” adlı gənci şəhid, 70 nəfəri isə yaralayıblar.
Qeyd edək ki, iyunun 29-da İsrail əsgərləri İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində Həzrət Yusifin (ə) məqbərəsinə hücum edərək Fələstin müqavimət qüvvələri ilə qarşıdurma yaşamışdır. Bu atışma zamanı sionist rejim ordusunun Əs-Samirə briqadasının komandiri Rui Tzaviq və daha üç sionist mühacirlər yaralanmışdır.
Daha çox oxuyun: Sionist hərbçilərin komandiri Nablusa basqın zamanı yaralanıb + VİDEO
Rəy