İraqda baş verən son hadisələr, 17 Avqust 2022

Çərşənbə 17 Avqust 2022 - 20:27
https://az.iswnews.com/?p=11813

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri Həşd-Şəəbi Təşkilatının 41-ci Briqadasının iştirakı ilə Samirranın cənubundakı Yəsrib bölgəsində yerləşən Əş-Şəhabi məntəqəsində İŞİD ünsürlərini təqib etmək və onlara qarşı mübarizə aparmaq məqsədilə əməliyyata başlayıblar.

1- Bağdad:
Avqustun 16-da Fəth koalisiyasının rəhbəri Hadi Əl-Amiri Bağdaddakı ofisində BMT-nin İraq məsələləri üzrə xüsusi nümayəndəsi xanım Cenin Hanis Plasxart ilə görüşüb və müzakirələr aparıb.

2- Səlahəddin:
– Avqustun 17-də Həşd-Şəəbi Təşkilatının 51-ci Briqadasının qüvvələri və Səlahəddin Polisinin xüsusi təyinatlıları Bici şəhərinin şərqində yerləşən Dəclə çayının şərqindəki Əl-Baici və Əl-Havi bölgələrinin təhlükəsizliyini təmin etmək üçün əməliyyata başlayıblar.
– Avqustun 14-də İraq təhlükəsizlik qüvvələri Həşd-Şəəbi Təşkilatının 41-ci Briqadasının iştirakı ilə Samirranın cənubundakı Yəsrib bölgəsində yerləşən Əş-Şəhabi məntəqəsində İŞİD ünsürlərini təqib etmək və onlara qarşı mübarizə aparmaq məqsədilə əməliyyata başlayıblar.

3- Neynəva:
– Avqustun 15-də Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan bölgəsindəki Bəşiqə hərbi bazası dörd Qrad raketi ilə hədəfə alınıb. İslami müqavimət briqadası “Əhrar Əl-İraq” bəyanat yayaraq bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Daha çox oxuyun: Türkiyə ordusunun İraqın şimalındakı bazasına raket hücumu olub

– Avqustun 14-də İraqın Həşd-Şəəbi Təşkilatının qüvvələri Əl-Həzər bölgəsinin cənubuna İŞİD ünsürlərinin gecə hücumunu zərərsizləşdiriblər.

4- Dohuk:
Avqustun 16-da Türkiyə ordusunun Bamarni bölgəsindəki bazasında partlayış səsi eşidilib.

5- Süleymaniyyə:
Avqustun 14-də İraq parlamentində Fəth koalisiyasının rəhbəri Hadi Əl-Amiri Süleymaniyyədə Kürdüstan Vətənpərvərlər Birliyinin rəhbəri Bafel Talibani ilə görüşüb və söhbət edib.

6- Qadisiyyə:
Avqustun 14-də İraq təhlükəsizlik mənbəsi İraq parlamentinin üzvü Basim Xəşşana qarşı Qadisiyyə əyalətində sui-qəsd olunub, lakin o, sui-qəsddən sağ çıxdığını bildirib. Xəşşan iddia edib ki, onu Sədr hərəkatının hərbi qolu olan Sərayəs-Səlam dəstəsinin silahlıları güllələyiblər.

7- Ərbil:
Avqustun 14-də Fəth koalisiyasının rəhbəri Hadi Əl-Amiri Ərbildə İraq Kürdüstanının baş naziri Məsrur Barizani ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə iki tərəf İraqdakı son siyasi hadisələri nəzərdən keçirib.

8- Diyalə:
Avqustun 13-də Həşdul-Əşairi komandirlərindən olan Həməd Əl-Əzzavi Həmrin gölü ətrafında İŞİD-in gizli ünsürlərinə qarşı əməliyyatın başlanması barədə məlumat verib.

9- Avqustun 13-də hakim Faiq Zeydanın sədrliyi ilə İraqın Ali Məhkəmə Şurasının iclası keçirilib. Müqtəda Sədr bu şuradan parlamentin işinin dayandırmalarını tələb etmişdir. Keçirilən iclasda bu tələbə cavab olaraq parlamentin işinin dayandırılması məsələsinin bu şuranın səlahiyyətləri arasında olmadığı açıqlanıb.

10- Avqustun 13-də Sədr Hərəkatının lideri Müqtəda Sədr İraqda növbədənkənar seçkilərin keçirilməsini tələb etdikdən sonra İraq Kürdüstan Demokratik Partiyası bəyanat yayaraq bu tələbi qəbul edib.

11- Avqustun 13-də “Ömer Bağra” adlı türk əsgərlərindən birinin ölüm xəbəri yayıldı. O, PKK silahlılarının İraqın şimalındakı türk hərbi bazalarından birinə hücumu nəticəsində öldürülmüşdür.

Daha çox oxuyun: İraqın şimalında bir türk əsgəri həlak olub

12- Avqustun 14-də İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İraq Milli Müdafiə Universitetinin rəhbəri ilə görüşdə İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin İraqa səfər qərarını açıqlamışdır.

Daha çox oxuyun: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İraqa səfər edəcək

13- Avqustun 13-də Neynəva əyalətindən olan İraq parlamentinin üzvü Əbdür-Rəhim Əş-Şimri tvitində sünni nümayəndələrinin parlamentin işinin dayandırılması məsələsinə qarşı olduqlarını açıqlayıb.

14- Avqustun 16-da Sədr hərəkatının lideri Müqtəda Sədr şənbə günkü nümayişin növbəti xəbərdarlığa qədər təxirə salındığını elan etdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir