Orta Asiyada baş verən son hadisələr, 16 Avqust 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əhməd Məsud qüvvələrinin Pəncşir vilayətində yerləşən Dərre, Pəryan və Ənnəba rayonlarında son hücumları nəticəsində onlarla Taliban silahlısı öldürülüb, yaralanıb və əsir götürülüb.
Əfqanıstan:
1- Pəncşir:
– Əhməd Məsud qüvvələri avqustun 15-də Dərre rayonunda Taliban silahlılarının mövqelərinə qəfil hücumlardan sonra Abdullah Xeyl, Lərbənd və Ərğəc kəndləri də daxil olmaqla 7 kəndi Taliban silahlılarının nəzarətindən çıxarıb. Bu toqquşmalar zamanı 30-dan çox Taliban silahlısı Əhmədin qüvvələri tərəfindən əsir götürülüb.
– Avqustun 15-də Əhməd Məsud qüvvələri ilə Taliban qüvvələri Pəryan rayonunda yerləşən Arib kəndində və Ənnabə rayonunun Arzu adlı dərəsində şiddətli toqquşma olub.
2- Təxar:
– Avqustun 9-da Fərxar rayonunun qubernator binasını minaatanlardan atəşə tutan Əhməd Məsud qüvvələri tərəfindən Taliban hərəkatının bir üzvü öldürülüb, üç nəfər yaralanıb.
– Avqustun 11-də Taliban silahlıları Xosde və Çeşme Qərmək kəndlərindən 8 nəfəri Əhməd Məsud qüvvələri ilə əməkdaşlıq ittihamı ilə həbs ediblər.
– Avqustun 15-də Əhməd Məsudun qüvvələri Əşkəmeş rayonunun Ənciristan kəndində Taliban mövqelərinə hücum edib.
3- Qəzni:
– Avqustun 7-də Milli İslam Hərəkatının silahlılarının Qəzni şəhərinin kənarında yerləşən Kaşk kəndində Taliban silahlılarının hərbi karvanına hücumu nəticəsində Qəznənin birinci rayonunun təhlükəsizlik komandiri “Moləvi Əbu-Həmzə” da daxil olmaqla üç Taliban silahlısı öldürülüb.
– Avqustun 8-də Qəzninin Xacə Əli prospektində Taliban silahlılarının şiə əzadarlarına atəş açması nəticəsində Tohidabad bölgəsinin iki yerli ağsaqqalı da daxil olmaqla 5 mülki şəxs yaralanıb.
– Avqustun 10-da Taliban silahlıları Qəzni əyalətində Hizb-e-Təhrir-in başçısı “Əbdül-Əziz Məhəmmədi” Qəzni şəhərinin ikinci rayonunda İŞİD-lə əlaqədə olmaq və Taliban hökumətini tənqid etmək ittihamı ilə qətlə yetiriblər.
4- Pəktika:
– Avqustun 7-də Əfqanıstan Azadlar Cəbhəsi silahlı qüvvələrinin Xoşamənd rayonunda qəfil əməliyyatı nəticəsində Taliban hərəkatının yaxşılığa dəvət və pisliklərdən çəkindirmə məsulu olan “Moləvi Nəsim” də daxil olmaqla 3 taliban silahlısı öldürülüb.
– Avqustun 8-də Barmal rayonunda Təhrik-e-Taliban Pakistan (TTP) qüvvələrini daşıyan avtomobilin yoluna yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində onlardan üç cəbhə komandiri, o cümlədən “Ömər Xalid Xorasani” kimi tanınan “Abdulvəli Mehmənd”, “Aqabi Bacuri” və “Molla Həsən” öldürüldü.
5- Kabil:
– Avqustun 7-də Şekər Dərre rayonunda İŞİD ünsürlərinin Taliban silahlılarının patrul avtomobilinə hücumu nəticəsində üç Taliban üzvü öldürülüb.
-Avqustun 7-də Kabil şəhərinin birinci rayonunda mini avtobusa qoyulmuş bombanın partlaması nəticəsində 6 mülki şəxs və 4 Taliban üzvü həlak olub.
– Avqustun 8-də Talibanın Müdafiə Nazirliyi Tacikistan və Özbəkistan ölkələrindən əvvəlki hökumətdəki Əfqanıstan ordusunun hərbi helikopterlərini bu ölkəyə təhvil verməyi istəyib.
– Avqustun 10-da İranın enerji naziri “Əli Əkbər Mehrabianın” başçılıq etdiyi İran hökumət nümayəndə heyəti Talibanın energetika və su naziri “Molla Əbdül Lətif Mənsur” və xarici işlər naziri “Moləvi Əmir Xan Müttəqi” ilə görüşüb və İranın Hirmənd çayı haqqının ödənilməsi ilə bağlı danışıqlar aparılıb.
– Avqustun 16-da Kabil şəhərinin üçüncü rayonunda Ariana telekanalının və Əfqanıstanın Wireless telekommunikasiya şirkətinin ofis kompleksi yaxınlığında bombanın partlaması nəticəsində bir mülki şəxs həlak olub, 9 nəfər yaralanıb.
6- Bəlx:
– Avqustun 8-də Taliban silahlıları Rouza Saxidə Aşura mərasiminin keçirilməsinə mane olmaq üçün bu ictimai yerin giriş qapılarını bağlayıblar.
– Avqustun 10-da Talibanın Daxili İşlər Nazirliyi Xalem şəhərini Bəlx vilayətindən rəsmən çıxararaq Səmənqan əyalətinin inzibati ərazisinə əlavə edib.
7- Konor:
Avqustun 8-də Danqam rayonunda yerləşən Mərzi Bin Şahi kəndində Taliban silahlıları ilə Pakistan sərhədçiləri arasında toqquşma olub. Bu münaqişədə itki olmayıb.
8- Bamiyan:
Avqustun 10-da Talibanın Dövlət Təhlükəsizlik Xidmətinin Baş İdarəsi Bamiyandakı nümayəndəsi Qari Bilalı vəzifəsindən azad edib və bu vəzifəyə Moləvi Abdul Rauf Siğanini təyin edib.
Tacikistan:
1- Avqustun 9-da Tacikistanın Narkotiklərlə Mübarizə Agentliyinin direktoru “Həbibullah Vahidzadə” Talibanın narkotiklə mübarizədəki fəaliyyətini tənqid edərkən deyib: “Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Tacikistana narkotik ticarəti üç dəfə artıb.”
2- Tacikistanın Müdafiə Naziri Şir Əli Mirzə Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistanın Müdafiə Naziri Bahadur Qurbanov ilə görüşündə Tacikistan əsgərlərinin Özbəkistanın hərbi universitetlərində təhsil alması haqqında sənədi imzalayıb.
Özbəkistan:
1- Özbəkistan prezidenti Şövkət Mirziyoyev 17 və 18 avqust tarixlərində ilk dəfə Səudiyyə Ərəbistanına səfər edəcək.
Pakistan:
1- Avqustun 8-də Şimali Vəziristan bölgəsində yerləşən Mir Əli bölgəsində naməlum şəxsin kamikadze hücumu nəticəsində 4 Pakistan əsgəri həlak olub, 8 nəfər yaralanıb.
2- Avqustun 15-də Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarının Bəlucistan əyalətinin Harnai, Xuzdar, Kalat, Pəncqur və Kiç bölgələrində ordu mövqelərinə hücumları nəticəsində 27 Pakistan əsgəri həlak olub və yaralanıb.
Rəy