Suriyada baş verən son hadisələr, 16 Avqust 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Kəşfiyyat Xidməti Həsəkə vilayətində yerləşən Qamışlı şəhərində “Möhsün Yağan” adlı kürd silahlılarının komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.
1- Hələb:
– Avqustun 16-da kürd silahlıları yolu bağlayıb və rus əsgərlərinin Eyn Əl-Ərəb (Kobani) ətraflarında patrul xidmətini davam etdirməsinə mane olublar.
– Avqustun 16-da Hələbin qərbində yerləşən “Məkləbis” və “Balanta” bölgələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 14-də Ceyş Əl-Vətani terrorçuları Hələbin şərq kənarındakı Tadef cəbhəsində toplaşdıqları yerləri hədəfə alması nəticəsində bir zabit və bir neçə Suriya ordusunun əməkdaşının həlak olduğunu iddia ediblər.
2- İdlib:
– Avqustun 16-da İdlibin cənubunda yerləşən “Əl-Barə” qəsəbəsinin ətrafında yerləşən terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 13-də Türkiyə ordusunun qüvvələri İdlib vilayətindəki türk hərbi bazalarına logistik və hərbi texnikanın da olduğu hərbi karvan göndərib.
3- Dəraa:
– Avqustun 15-də İŞİD-in keçmiş komandiri Suriya hərbçilərinin Dəraada yerləşən Tefs şəhərində keçirdiyi əməliyyat zamanı Hovz Əl-Yərmukda öldürülüb.
– Avqustun 13-də Suriya ordusunun qüvvələrindən biri Dəraa vilayətinin Tefs şəhərinin kənarında şəhid olub.
4- Deyr əz-Zor:
Avqustun 16-da Amerika koalisiya qüvvələri Ömər neft yatağında yerləşən hərbi bazada təlim keçirib.
5- Raqqa:
– Avqustun 16-da Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəfə aldılar.
– Avqustun 16-da Rusiya qırıcı təyyarələri Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarına hücum edib.
– Avqustun 16-da Suriya ordusunun hərbi karvanı Raqqanın qərbində yerləşən Təbqə hərbi hava limanına daxil olub.
– Avqustun 15-də Türkiyə ordusuna məxsus dronların Eyn İsa şəhəri üzərində uçduğu görünüb.
6- Həsəkə:
– Avqustun 16-da Türkiyənin dəstəklədiyi terrorçular Suriya Demokratik Qüvvələrinin (SDQ) “Təl Təvil” kəndində və “Təll-Təmər” şəhərinin kənarındakı bir neçə digər rayondakı mövqelərini artilleriya hücumu ilə hədəfə alıblar.
– Avqustun 16-da Türkiyə Kəşfiyyat Xidməti Qamışlı şəhərində “Möhsün Yağan” adlı kürd silahlılarının komandirlərindən birinin öldürüldüyünü açıqladı.
– Avqustun 15-də Rusiya ordusu Qamışlı hava limanına 20 yük maşınından ibarət hərbi karvan göndərib.
7- Homs:
Avqustun 15-də Suriya, İraq və İordaniya arasındakı sərhəd üçbucağında yerləşən Ət-Tənəf bölgəsindəki Məğavir Əs-Səvrə terrorçularının və Amerika hərbçilərinin mövqeləri “Beynəlxalq Müqavimət” qüvvələrinin dron hücumları ilə hədəfə alınıb.
Daha çox oxuyun: İraq müqavimət dəstələri Suriyanın cənubundakı Ət-Tənəf Amerika bazasına dron hücumu ediblər + FOTO
8- Avqustun 14-də, bazar ertəsi yerli vaxtla saat 20:50 radələrində İsrail qırıcıları Livanın cənub-şərqində yerləşən Beyrutdan bir neçə raket ataraq Dəməşq ətrafı və Tərtusun cənubundakı hədəflərə hücum ediblər. Bu hücum Suriya ordusunun 3 qüvvəsinin şəhid olmasına, daha 3-nün yaralanmasına və maddi ziyana səbəb olub.
Daha çox oxuyun: İsrail Suriyaya hava hücumu edib + VİDEO
9- Avqustun 16-da Suriyadakı Rusiya Barışıq Mərkəzi elan edib: Terrorçular İdlib bölgəsində atəşkəsi 7 dəfə pozublar, onlardan 2-si İdlib vilayətində, 5-si isə Hələb vilayətində baş verib.
Rəy