Video: Əfqanıstanın Şiə Alimlər Şurası nə istəyir?

Çərşənbə axşamı 16 Avqust 2022 - 14:58
https://az.iswnews.com/?p=11759

Şiə Alilmər Şurası son illərdə Əfqanıstan şiələri adından onların müxtəlif sahələrdə, o cümlədən dini, siyasi, sosial, mədəni və təhsil məsələlərində hökumətdən tələblərini yerinə yetirən bir təşkilatdır.

Şiə Alilmər Şurası son illərdə Əfqanıstan şiələri adından onların hökumətdən tələblərini yerinə yetirən, o cümlədən Cəfəri fiqhinin rəsmi tanınması, siyasi, sosial, mədəni və təhsil haqlarının təsbiti və s. kimi məsələləri təqib etmişdir. Bu şura Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Taliban və şiələr arasında qarşıdurmanın qarşısının alınmasında mühüm rol oynamış, vaxtında gördüyü tədbirlər və vasitəçiliyi ilə insanların əksəriyyətini daxili və xarici sui-qəsdlərdən qorumuşdur.

Əfqanıstanın Şiə Alimlər Şurası mərhum Ayətullah “Məhəmməd Asif Möhsüninin” və Əfqanıstanın bir sıra digər din alimlərinin təşəbbüsü və səyləri ilə 2003-cü ildə Kabil şəhərində yaradılmış şuradır. Bu şura hazırda Əfqanıstanın bütün bölgələrində 65-dən çox nümayəndə və 2 mindən çox din alimi var və müxtəlif mədəni və təbliğat sektorlarında, seminariyalarda, elmi araşdırmalarda, İslam məzhəblərinin bir-birlərinə yaxınlaşması, seminariya qadınları, məhrum bölgələr və sülh və münaqişələrin həll şurası sahəsində fəaliyyət göstərir.
2018-ci ilin avqustunda Ayətullah Asif Möhsününün vəfatından sonra bu şuranın rəhbəri Ayətullah Məhəmməd Haşim Salehi Mudərris, birinci və ikinci müavinləri isə Ayətullah Əhməd Əli Şeyxzadə Mudərris və Höccətül İslam Məhəmməd Əkbəri təyin edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir