Fələstində baş verən son hadisələr, 15 Avqust 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist ordusu Qəzza zolağının sərhəd zolağı boyunca Fələstinin HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam taborlarına aid tunellərdən birini aşkarladığına dair bir video yayımlayıb.
– Sionist rejimin 12-ci kanalı iddia edib ki, bu rejim ordusunun keçmiş Baş Qərargah rəisi general Qadi Eysenkotun siyasət dünyasına daxil olduğunu rəsmən elan edib.
– Avropa Birliyinin Fələstindəki sözçüsü yaxın günlərdə Avropa nümayəndə heyətinin Qəzzaya səfər edəcəyini açıqladı.
– İran xarici işlər nazirinin siyasi müavini Qətərli həmkarı ilə görüşündə körpə uşaqların öldürülməsinin sionist hakimiyyətinin xasiyyətinə çevrildiyini bildirib.
– Misirin təhlükəsizlik heyəti sionist rejimin son hücumlarından sonra Qəzzada atəşkəsi sabitləşdirmək üçün tezliklə Təl-Əvivə və Qəzza zolağına səfər edəcək.
– Qətər hökuməti HƏMAS İslami Müqavimət Hərəkatının siyasi ofisinin rəhbəri İsmail Həniyyənin sionist rejimin Qəzzəyə son hücumları zamanı dağılmış evlərin bərpasına köməklik göstərilməsi istəyi ilə razılaşdı.
– İbrani dilində olan “Maariv” qəzeti iddia edib ki, sionist rejim Knessetinin maliyyə komitəsi İsrail və Fələstin müqavimət dəstələri arasında son döyüşün bitməsindən sonra bu rejimə dəyən zərərin miqdarını 300 milyon şekel civarında qiymətləndirib.
– Avqustun 15-də Fələstin Məhbuslar Komitəsi İsrail əsgərlərinin Qüds və İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum etdikdən sonra 23 fələstinli gənci həbs etdiyini açıqladı.
– Avqustun 14-də səhər saatlarında “Əmir Əs-Seydavi” adlı 28 yaşlı fələstinli gənc bir qrup yəhudini daşıyan avtobusa odlu silahdan atəş açıb və əməliyyat yerindən qaçıb. Nəhayət, 6 saatlıq fasilədən sonra axtarış əməliyyatı nəticəsində, anti-sionist əməliyyatı törədən şəxs İsrail əsgərləri tərəfindən saxlanılıb.
Daha çox oxuyun: İşğal olunmuş Qüdsdə anti-sionist əməliyyatı baş verib + FOTO
– Sionist rejim video yayımlamaqla Qəzza zolağının sərhəd zolağı boyunca Fələstinin HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam taborlarına məxsus tunellərdən birini aşkar etdiyini iddia edib.
– Avqustun 12-də Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin gənc fələstinli sakini, üç günlük müharibə zamanı yaralanan “Ənəs Əl-Ənşasi” aldığı xəsarətlərin ağırlığından şəhid olub. Bununla da İsrail rejiminin Qəzza zolağına hücumu zamanı şəhid olanların sayı 49 nəfərə yüksəlib.
Rəy