İşğal olunmuş Qüdsdə anti-sionist əməliyyatı baş verib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, işğal olunmuş Qüdsdə fələstinli gəncin silahlı əməliyyatı nəticəsində 7 sionist yaralanıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Bu gün avqustun 14-də səhər saatlarında “Əmir Əs-Seydavi” adlı 28 yaşlı fələstinli bir qrup yəhudini daşıyan avtobusa atəş açıb və əməliyyat yerindən qaçıb. Bu hadisədən sonra çoxlu sayda İsrail polisi bu fələstinli gənc üçün axtarış əməliyyatına başlayıb və nəhayət, 6 saatdan sonra anti-sionist əməliyyatın icraçısı İsrail əsgərləri tərəfindən həbs edilib.
HƏMAS-ın sözçüsü Fuzi Bərhum bəyanat yayıb və bu əməliyyatı işğalçı İsrail əsgərləri və mühacirlərinin hegemonluqlarına, onların Fələstin xalqına, torpağına, İslam və Xristian ziyarətgahlarına qarşı gündəlik cinayətlərinə və Məscidül-Əqsanın təhqirinə təbii cavab adlandırıb və Fələstin xalqını bu əməliyyata görə təbrik edib.
Sionist rejimin Kəşfiyyat və Daxili Təhlükəsizlik Xidmətinə aid qüvvələrinin gündəlik təhlükəsizlik əməliyyatlarına və fələstinlilərin silah gəzdirmək və ya anti-sionist əməliyyatları keçirməyə qərar vermək ittihamı ilə kütləvi şəkildə həbs edilməsinə baxmayaraq, bu əməliyyatların həyata keçirilməsi sionist rejimin təhlükəsizlik vəziyyətinin yaxşı olmadığını göstərir.
Daha çox oxuyun:
İşğal altındakı Qüdsdə əməliyyat; Bir sionist hərbçi yaralanıb
Təl-Əvivin şərqində əməliyyat; Üç sionist öldürüldü
İordan Çayının Qərb Sahilində anti-sionist əməliyyatı baş verib + VİDEO
Rəy