İmam Hüseyn (ə) əzadarlarına Azərbaycan hökuməti sərt qadağalar qoyub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi yerli mənbələrə əsasən xəbər verir ki, hökumət İmam Hüseynin (əleyhissalam) əzadarlıq mərasiminə ciddi məhdudiyyətlər qoyub və bu məhdudiyyətlər və təzyiqlər keçən illə müqayisədə daha çox olub.
Hökumət məscidlərin həyətində Aşura məclislərinin keçirilməsini İmam Hüseyn (ə) bayraqlarının əvəzinə ölkə bayrağının dalğalanması ilə şərtləndirib!
Bir neçə ay əvvəl Milli Məclisin təsdiqi ilə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərini öz üzərinə götürən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şəhla Fərəcovanın israrla evinin divarına “Ya Hüseyn” şüarını yazması ilə birgə Azərbaycan Respublikasının dövlət bayrağından başqa hər hansı bir bayrağın asılması, dini nişanələrdən və şüarlardan istifadə etməyin qadağan olduğunu bildirmişdir! Bu komitə İmam Hüseynə (ə) və Aşuraya aid olan şüarları “ekstremist dini şüarlar”, İmam Hüseyn (ə) matəminə aid olan bayraqları isə ekstremist dini bayraqlar adlandırıb.
Daha çox oxuyun: Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri dini dəyərləri yenidən təhqir edib + VİDEO və FOTO
Xalqın İmam Hüseyn (ə) matəminə aid yürüşləri təbii yolla və Kərbəla şəhidləri üçün İmam Hüseyn (ə) bayraqları və mərsiyələr oxuyaraq keçirmək istəyinə baxmayaraq, sekulyar hökumət və xüsusən də dini komitə ciddi məhdudiyyətlər tətbiq etməklə, məscidlərdən kənarda toplaşmaları rəsmən qadağan etməklə, yalnız ölkə və Türkiyə bayraqlarından istifadə etməklə məhərrəm ayındakı əza məclislərini boykot və müsadirə etmək niyyətindədir.
Saraya bağlı və dini komitə ilə həmkar olan din xadimləri də bu qaydadan heç müstəsna deyillər. Onlar matəm məclislərini milliləşdirərək xalqı hökümətin istədiyi islam tərəfə hidayət edərək ölkədən kənar olan digər dövlətlərə təhrif olunmuş şiə məzhəbini təqdim etmək niyyətindədirlər.
Lakin hökumətin bütün təhrifedici tədbirləri ilə bərabər xalq ölkənin hər yerində İmam Hüseyn (ə) bayraqlarını sancmağa çalışmış və matəm günlərində dini şuarları öz divarlarına yazmağa çalışmış və “Hər ev bir hüseyniyyədir” kampaniyasına başlamışdır. Məhərrəm ayı, Tasua və Aşura günləri bu il görünməmiş məhdudiyyətlərə baxmayaraq keçirilib və icra edilib.
Bakı şəhərində bir gənc şəbəkə qülləsinin üstünə İmam Hüseynin (ə) bayrağını asıb, onu qoruyarkən hökumət işçiləri tərəfindən həbs edilib.
Hökumətin İmam Hüseynin (ə) yas mərasiminə ən çox təzyiq göstərdiyi bölgələrdən biri də talış xalqının orada çox olduğu cənub bölgəsidir. Polis yas tutanları lentə alıb və panika yaratmaq üçün onları həbslə hədələyib.
Lerik şəhərinin Pirasora kəndində polis Aşura mərasimini qadağan etmək üçün məscidə basqın edərək məscidin axundunu tutub polis bölməsinə aparmaq istəsə də, İmam Hüseyn (ə) əzadarları buna mane olublar.
Daha çox oxuyun:
Azərbaycan hakimiyyətinin dini qadağaları Qədr gecələrinə çatdı
Bakıda cümə namazında Əliyevə etiraz olub + VİDEO
Və Polislərə qeyri qanunu olaraq tapsırilibki uzerinde Ya Huseyn yazilan köynəklərə mudaxilə olunsun cixarilmasi tələb olunsun, bir sözlə ölkədə şiələrin azadligi sifir, hətda zulmlər gunden gune artır. Bu ölkədə ancaq əxlaqsizlib azaddir.
Əlavə bir qism yerlerde az yasli usaglarin hec bir yere getməsinə mane olmayanlar məscidə gəlməyinə manecilik törətmək, sonra bir cox yerlərde razislasdirilmis əza məclisinide vaxtindan bir saat qabag tapsırilmis tələb ilə məhdudlasdirmag. Bir sözlə addim addim ellerinde olsa ölkədə şiə olmasın