Fələstin müqaviməti ilə sionist rejimi arasındakı müharibənin dördüncü gününün xəbərləri, 8 Avqust 2022

Bazar ertəsi 8 Avqust 2022 - 23:32
https://az.iswnews.com/?p=11417

Fələstin müqavimət dəstələri ilə sionist rejim arasındakı toqquşmalarla bağlı son xəbərləri anba-an izləyin.

00:01 – Fələstin müqavimətinin Qəzza ətrafındakı sionistlərin yaşadıqları məntəqələrə raket hücumu.

00:01 – İşğal olunmuş ərazilərdə həyəcan siqnalı çalınır.

00:20 – Seyid Həsən Nəsrullah, Livan Hizbullahının Baş Katibi: İslami Cihad atəşkəs elan etdi və Təl-Əviv müharibəni dayandırmaq istədiyini açıq şəkildə bildirdi, çünki o, artıq müqavimətin raketlərinə tab gətirə bilmədi.

00:48 – Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziad Ən-Nəxxalənin mətbuat konfransı başlayıb.

01:00 – Misirin vasitəçiliyi ilə Fələstin müqaviməti ilə sionist rejim arasında atəşkəs razılaşması rəsmən elan edildi.

01:15 – Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziad Ən-Nəxxalə Qəzza zolağında atəşkəs elan edildikdən sonra Tehranda keçirdiyi mətbuat konfransında Fələstin xalqının qələbəsinin nailiyyətlərini açıqlayıb.
Ziad Ən-Nəxxalənin sözlərindən bir hissə:
– Bizimlə təmasda olan və bizimlə həmrəylik ifadə edən hər kəsi, xüsusilə Qətərin, İranın xarici işlər naziri və Livan parlamentinin sədrini yüksək qiymətləndirir və təşəkkür edirik.
– Müqavimətin böyük komandirləri olan “Xalid Mənsur” və “Təysir Əl-Cəəbəri” qarşısında baş əyirik. Fələstin xalqı və Qəzzada müqavimət qüvvələri düşmənin cinayətkar hücumlarına qarşı durmaqda tarixi nailiyyət əldə edib.
– 58 sionist yaşayış məntəqəsi eyni vaxtda Sərayəl-Qüdsün raket yağışı altında idi.
– Sionist düşmən müqavimətin təzyiqi altında idi və biz bu rejimi məcbur edəcəyik ki, Xəlil Avade və Şeyx Bəssam Əs-Səədini azad etsin. İşğalçı düşmən bizə heç bir şərt qoya bilmədi.
– Bu qələbəni Fələstin xalqı ilə həmrəylik elan edən bütün ölkələrə təqdim edirik.
– Əgər düşmən bu şərtlərə əməl etməzsə, biz müqaviləni etibarsız sayaraq düşmənlə döyüşə davam edəcəyik və bir an belə tərəddüd etməyəcəyik.

02:01 – Qəzza zolağında şəhid və yaralıların son statistikası
Qəzzanın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, sionist rejimin Qəzza zolağına hücumlarının əvvəlindən 15-i uşaq və 4-ü qadın olmaqla 43 fələstinli şəhid olub, 360 nəfər isə yaralanıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir